Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 402

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Sığorta fəaliyyətinə nəzarət departamenti \ Sığortaçıların bazar davranışlarına nəzarət şöbəsi \ Kiçik mütəxəssis

Sığorta fəaliyyətinə nəzarət departamenti \ Sığortaçıların bazar davranışlarına nəzarət şöbəsi \ Kiçik mütəxəssis

  • Deadline 8 İyun 2025

Vəzifənin funksiyaları:

  • Bazar davranışları çərçivəsində sığorta bazarının peşəkar iştirakçıları tərəfindən sığorta qanunvericiliyinin tələblərinə riayət edilməsinə və istehlakçıların hüquqlarının qorunmasına nəzarət edir;
  • Səlahiyyətlərinə aid məsələlərlə bağlı departamentə daxil olan sorğu və məktublara baxır və cavab hazırlayır;
  • Sığortaçılarda və təkrarsığortaçıda korporativ idarəetmə ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edir;
  • Sığortaçıların bazar davranışı üzrə sığorta qanunvericiliyin tələblərinin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üzrə təklif verir və müvafiq tədbirlərin icrasına nəzarət edir;
  • Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sığortaçılarda, təkrarsığortaçılarda və sığorta vasitəçilərində yoxlamalarda iştirak edir;
  • Sığortaçılara və təkrarsığortaçılara müvafiq lisenziyaların, razılıq və icazələrin verilməsi üçün daxil olmuş müraciətlərə dair rəy verir;
  • Sığortaçıların hazırladığı sığorta qaydalarına baxır və könüllü sığorta növünün aparılmasına icazə verilməsinə münasibət bildirir;

Kompetensiyalar

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • İnnovativlik və kreativlik
  • Komandada işləmə
  • Məsuliyyətlilik
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Vaxtın idarəedilməsi
  • Ünsiyyətqurma

Texniki kompetensiyalar

  • Ümumi iqtisadiyyat
  • Beynəlxalq iqtisadiyyat
  • Sığorta qanunvericiliyi üzrə biliklər
  • Təqdimat və yazı bacarıqları

Təcrübə

  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır

Təhsil

  • Ali təhsil (İdarəetmə, Maliyyə, İqtisadiyyat, Hüquq)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (arzuolunandır), Rus dili (arzuolunandır)

Kompüter bacarıqları

  • MS Office proqramları (orta səviyyədə)

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

  • Daily0
  • Weekly569
  • Monthly0