Vəzifənin funksiyaları:
- Bazar davranışları çərçivəsində sığorta bazarının peşəkar iştirakçıları tərəfindən sığorta qanunvericiliyinin tələblərinə riayət edilməsinə və istehlakçıların hüquqlarının qorunmasına nəzarət edir;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı departamentə daxil olan sorğu və məktublara baxır və cavab hazırlayır;
- Sığortaçılarda və təkrarsığortaçıda korporativ idarəetmə ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edir;
- Sığortaçıların bazar davranışı üzrə sığorta qanunvericiliyin tələblərinin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üzrə təklif verir və müvafiq tədbirlərin icrasına nəzarət edir;
- Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sığortaçılarda, təkrarsığortaçılarda və sığorta vasitəçilərində yoxlamalarda iştirak edir;
- Sığortaçılara və təkrarsığortaçılara müvafiq lisenziyaların, razılıq və icazələrin verilməsi üçün daxil olmuş müraciətlərə dair rəy verir;
- Sığortaçıların hazırladığı sığorta qaydalarına baxır və könüllü sığorta növünün aparılmasına icazə verilməsinə münasibət bildirir;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir;
Kompetensiyalar
- Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- İnnovativlik və kreativlik
- Komandada işləmə
- Məsuliyyətlilik
- Stressə davamlılıq
- Təkmilləşməyə meyllilik
- Təşəbbüskarlıq
- Vaxtın idarəedilməsi
- Ünsiyyətqurma
Texniki kompetensiyalar
- Ümumi iqtisadiyyat
- Beynəlxalq iqtisadiyyat
- Sığorta qanunvericiliyi üzrə biliklər
- Təqdimat və yazı bacarıqları
Təcrübə
- Müvafiq sahədə (Maliyyə və İqtisadiyyat) – 1 il
Təhsil
- Ali təhsil (İdarəetmə, Maliyyə, İqtisadiyyat, Hüquq)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə), Rus dili (arzuolunandır)
Kompüter bacarıqları
- MS Office proqramları (orta səviyyədə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.