Vəzifənin funksiyaları:
- Təqdim edilmiş hesabatlar üzrə sığorta ehtiyatlarının formalaşdırılmasının düzgünlüyünə, həmçinin sığorta tariflərinin hesablanmasına nəzarət edir;
- Təsdiq olunmuş yoxlama qrafikinə uyğun olaraq sığortaçılarda və təkrarsığortaçılarda səyyar yoxlamalarda iştirak edir;
- Sığorta üzrə beynəlxalq təcrübənin araşdırılmasını həyata keçirir;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı daxil olan sorğu və məktublara cavab hazırlayır;
- Sığortaçılar və təkrarsığortaçılar tərəfindən təqdim edilən maliyyə hesabatları və fəaliyyətləri ilə bağlı hesabatları toplayır, təhlil edir və digər nəzarət məlumatları da nəzərə alınmaqla sığortaçıların və təkrarsığortaçıların qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsinə nəzarət edir;
- Nəzarətin optimallaşdırılması baxımından prudensial normativlərin, tələblərin və hesabatların təkmilləşdirilməsində təkliflər verir;
- Sığortaçı və ya təkrarsığortaçı tərəfindən təqdim edilmiş aktuar hesabatlar üzrə, o cümlədən , tələb olunan kapitalın məbləğinin, məcmu kapitalın məbləğinin, sığortaçının öz vəsaitinin məbləğinin, zərərlilik dərəcəsi və sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutumun formalaşdırlmasının düzgünlüyünə nəzarət edir;
- Sığortaçı və ya təkrarsığortaçı tərəfindən təqdim edilmiş aktuar hesabatları və maliyyə hesabatları arasında müvafiq göstəricilərin eyniliyinin yoxlanılmasına nəzarət edir;
- Yoxlamaların nəticələri ilə əlaqədar sığortaçıların və təkrarsığortaçıların rəhbərliyi ilə müzakirələrdə iştirak edir;
- Sığortaçılara və təkrarsığortaçılara müvafiq göstərişlər və tapşırıqların verilməsi, habelə daxili nəzarətin nəticələrinə əsasən sığorta qanunvericiliyində nəzərdə tutulmuş nəzarət və sanksiya tədbirlərinin tətbiq edilməsi barədə departament rəhbərliyinə təkliflər hazırlayır;
- Zəruri hallarda sığortaçıların və təkrarsığortaçıların ləğvetmə proseslərində iştirak edir;
- İcrası məcburi olan yazılı göstərişlərin-Təqdimatların icrasına nəzarət etmək icranın nəticəsi üzrə departamentin rəhbərliyinə təkliflər təqdim edir;
- Digər struktur bölmələrlə əməkdaşlıq edir, daxil olan sorğulara cavab verir, digər struktur bölmələrə sorğular ünvanlayır;
- Aparılmış yoxlama, habelə təhlil və qiymətləndirmələrin nəticələri əsasında sığortaçıların və təkrarsığortaçıların fəaliyyətində və sığorta bazarında risklərin azaldılmasına və maliyyə sabitliyinin təminatına istiqamətlənən fərdi və sistem xarakterli zəruri tədbirlər həyata keçirir, o cümlədən, aktuarilərə, sığortaçılara, təkrarsığortaçılara və onların rəhbər işçilərinə qarşı nəzarət tədbirlərinin tətbiqi ilə bağlı təkliflər verir;
- Təqdim edilən aktuar rəylərinin və təhlillərinin araşdırmasını aparır;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını icra edir;
- Sığorta fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədilə şirkətlər üzrə hesabatlar hazırlanmasında iştirak edir;
Kompetensiyalar
- Davranış kompetensiyaları
- Analitik düşüncə
- Komandada işləmə
- Məsuliyyətlilik
- Strateji düşüncə
- Stressə dözümlülük
- Təkmilləşməyə meyllilik
- Təqdimat bacarıqları
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma
Texniki kompetensiyalar
- Risklərin idarə olunması üzrə biliklər
- Maliyyə üzrə biliklər
- Ümumi iqtisadiyyat və bankçılıq üzrə biliklər
- Sığorta, statistika, ekonometrika
Təcrübə
- Müvafiq sahədə (Aktuari, Maliyyə və İqtisadiyyat) – 1 il
Təhsil
- Ali təhsil (iqtisadiyyat/maliyyə/riyaziyyat)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə), Rus dili (arzuolunandır)
Kompüter bacarıqları
- MS Office proqramları (orta səviyyədə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.