Vəzifənin funksiyaları:
- Sığortaçıların risk profilinin qiymətləndirilməsi üzrə metodoloji çərçivənin ümumi əsaslarının, eləcə də sığorta, bazar, kredit, likvidlik, əməliyyat, komplayens və digər risklərinin, korporativ idarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin, o cümlədən ayrı-ayrı risk siyasətlərinin, risklərin idarə olunması üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi üzrə metodoloji alət və prosedurların formalaşdırılmasını həyata keçirir;
- Sığortaçıların biznes modeli, biznes strategiyası və onların həyata keçirilməsi üçün tətbiq etdikləri idarəetmə sisteminin təhlilinin metodoloji alətlərinin inkişaf etdirilməsində iştirak edir;
- Sığortaçıların əsas fəaliyyətlərinin müəyyən edilməsi və təhlilinin aparılması, habelə əsas fəaliyyətlərdən irəli gələn sığortaçının maliyyə dayanıqlığı üzrə məruz qaldığı risklərin aşkar edilməsi üçün metodoloji əsasların işlənməsi və daimi təkmilləşdirilməsində iştirak edir;
- Sığortaçıların risk profilinin qiymətləndirilməsinin metodoloji əsaslarının işlənməsi və daimi təkmilləşdirilməsini həyata keçirir;
- Sığorta bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak edir;
- Sığorta bazarı üzrə peşəkar fəaliyyətin tənzimlənməsi və nəzarətinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətini həyata keçirir;
- Sığorta fəaliyyətinə prudensial nəzarəti həyata keçirən struktur bölmələrinə metodoloji tövsiyələr verilməsində iştirak edir, müvafiq nəzarət alət və prosedurlarının daimi təkmilləşdirilməsi üçün müzakirələr aparır;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsində iştirak edir;
- Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmanı həyata keçirir;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Kompetensiyalar
Davranış kompetensiyaları
- İnnovativlik və kreativlik
- Komandada işləmə
- Məsuliyyətlilik
- Stressə davamlılıq
- Təkmilləşməyə meyllilik
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma
- Vaxtın idarəedilməsi
Texniki kompetensiyalar
- Ümumi iqtisadiyyat və sığorta işi
- Maliyyə üzrə biliklər
- Maliyyə riyaziyyatı
- Maliyyə vəziyyətinin analizi
- Anderraytinq prosesləri
- Sığorta sektoru üzrə ümumi biliklər
- Analitik təhlil
- Təqdimat və yazı bacarıqları
Təcrübə
- Sığorta, bank və ya maliyyə sahəsində iş təcrübəsi – 3 il
Təhsil
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, riyaziyyat, statistika, ekonometrika, mühasibatlıq və ya əlaqəli sahələr)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.