Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 1.2K

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Şöbə rəisi

  • Deadline 29 May 2025

Struktur bölmənin adı

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının yaradılması və inkişafı şöbəsi

Vəzifənin funksiyaları:

  • Ödəniş sistemlərinin sabitliyini qorumaq üçün qabaqlayıcı texniki baxışlar, avtomatik testlər və optimallaşdırma alqoritmlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak edir və aidiyyəti struktur bölmələrlə birlikdə icrasına dəstək olur;
  • Kritik hadisələr zamanı fasiləsiz ödənişlərin təmin olunması üçün ehtiyat (disaster recovery) planlarına və ssenarilərinə rəy bildirir;
  • Bazar tələbləri və ehtiyacları, eləcə də faydalı ola biləcək məhsulları ilə bağlı araşdırma və təhlil nəticələri müzakirəyə təqdim edir;
  • Qlobal bazarda təklif olunan ödəniş həlləri və məhsullarının təhlili, yeni və fərqli məhsul ideyalarını yaradır;
  • Nağdsız ödənişlərin stimullaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün təbliğat (rəqəmsal reklamlar, TV reklamları, sosial media reklamları və s.) işlərini həyata keçirir;
  • Yeni məhsul və ya xidmət ideyalarını ilkin mərhələdə pilot rejimində yoxlayır;
  • Nağdsız ödənişlərin inkişafı üzrə kredit və debet kartları, rəqəmsal cüzdanlar, elektron kommersiya, QR kod və s. ödənişlər üçün funksionallıqlar yaradır və inkişaf etdirir;
  • Müvafiq sahədə yeni tendensiyaları və qlobal inkişafı izləyir və yenilikləri tətbiq edir;
  • Ödəniş sistemlərinin inkişafı üzrə qlobal məhsullar ilə müqayisədə əlavə üstünlüklər təmin etmək üçün yeni xüsusiyyətlər və funksiyalar təklif edir;
  • Ödəniş məhsullarını dəyişən bazar tələbləri və texnoloji yeniliklərə uyğunlaşdırmaq üçün təkliflər verir;
  • Yeni məhsulların və həllərin hazırlanması üçün müvafiq struktur bölmələr və təchizatçılarla birlikdə aidiyyəti işləri görür;
  • İstifadəçilərdən nağdsız ödəniş təcrübələrinə dair toplanmış rəylərin məhsul və xidmətlərin inkişafında istifadə edilməsi ilə bağlı təkliflər verir;
  • Bazar iştirakçıları ilə məhsul xüsusiyyətlərinin və funksiyalarının fərqli versiyalarını sınaqdan keçirir və müştəri reaksiyalarına görə ən yaxşı nəticə verən variantlar barədə hesabat hazırlayır;
  • Müasir Məhsul Sahibliyi yanaşmasını təşkilatda sistematik tətbiq edilməsini təmin edir;
  • Mərkəzi Bankın strateji hədəflərini və məhsulun razılaşdırılmış hədəflərini nəzərə alaraq prioritetləşdirməni təmin edir;
  • Strateji Məhsul yol xəritəsinin hazırlanması və davamlı təkmilləşdirilməsi və bütün strukturlarla razılaşdırır;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Texniki kompetensiyalar

  • Aidiyyəti sahə üzrə qanunvericilik bilikləri (yüksək səviyyədə) 
  • Təqdimat və yazı bacarığı (yüksək səviyyədə)
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər (yüksək səviyyədə)
  • Layihələrin idarəetmə bacarığı (yüksək səviyyədə)

Təcrübə

  • Müvafiq sahədə iş təcrübəsi (3 il) 

Təhsil

  • Ali təhsil (İT, İdarəetmə, İqtisadiyyat) 

Dil bacarığı

  • Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili, yaxşı səviyyədə rus dili bilikləri 

Kompüter bacarıqları

  •  MS Office proqramları (yüksək səviyyədə)
  • MS Project (yüksək səviyyədə) 
  • Jira, biznes proses analizi və modelləşdirmə alətləri (yüksək səviyyədə)

Sertifikatlar 

  • PMP, PSPO, CSPO, PgMP və bənzər sertifikatları olan namizədlərə üstünlük verilir 

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly541
  • Monthly745