Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 1.3K

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Şöbə rəisi

  • Deadline 4 Avqust 2025

Struktur bölmənin adı Bazar davranışlarının tənzimlənməsi departamenti, Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi 

Hesabatlı olduğu vəzifə Departament direktoru

Vəzifənin funksiyaları:

  • Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı hüquqi məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır;
  • Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə nəzarət subyektlərinə, həmçinin Mərkəzi Bankın nəzarət əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərilməsini təmin edir;
  • Maliyyə xidmətləri bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
  • Zərurət yarandıqda maliyyə xidmətləri bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərə nəzarət subyektlərinin, istehlakçıların və investorların mövqeyini öyrənir, qiymətləndirir, nəzarət subyektləri ilə daim dialoqun olmasını təmin edir;
  • Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, ayrı-ayrı nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların uyğun olaraq nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanı hazırlayır, mövcud bazanı təkmilləşdirir;
  • Bazar davranışlarının tənzimləmə və nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi imkanlarını qiymətləndirir;

Texniki biliklər

  • Normayaratma üzrə biliklər– yüksək səviyyədə
  • Maliyyə məhsullarının analizi üzrə ümumi biliklər – yüksək səviyyədə
  • Maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər – yüksək səviyyədə
  • Bank qanunvericiliyi – orta səviyyədə

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • Ünsiyyət qurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi

Təcrübə

  • Maliyyə sektorunda müvafiq istiqamət üzrə minimum 5 il təcrübə
  • Müvafiq istiqamət üzrə rəhbər vəzifədə iş təcrübəsi arzuolunandır

Təhsil

  • Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə

Kompüter bacarıqları

  • MS Office-Yaxşı səviyyədə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily19
  • Weekly19
  • Monthly1773