Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 1.1K

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Strategiya və layihə idarəetməsi departamenti \ Strateji planlaşdırma şöbəsi \ Mütəxəssis

Strategiya və layihə idarəetməsi departamenti \ Strateji planlaşdırma şöbəsi \ Mütəxəssis

  • Deadline 2 Aprel 2025

Vəzifənin funksiyaları:

  • Strateji idarəetmə üzrə metodoloji sənədlərin formalaşdırılması və yeni çağırışlara uyğunluğunun təmin edilməsi prosesində iştirak edir;
  • Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesində bankdaxili və dövlət qurumları ilə kommunikasiya və koordinasiyanı həyata keçirir;
  • Milli strategiya və dövlət proqramları üzrə Mərkəzi Bankın icraçı olduğu tədbirlərin icrası üzrə monitorinq və hesabatlıq prosesində iştirak edir;
  • Dövrü olaraq Mərkəzi Bankın strategiyasının formalaşdırılması istiqamətində bank üzrə strateji təhlillərin aparılması və strateji məqsədlərin müəyyən edilməsi prosesində iştirak edir;
  • Strateji təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesində iştirak edir;
  • Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlayır, eləcə də, təşəbbüslərin icrası üzrə koordinasiyanı həyata keçirir;
  • Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı müxtəlif araşdırmalar və təhlillər aparır;
  • Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir

Kompetensiyalar

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • Araşdırma aparma
  • İnnovativlik və kreativlik
  • Komandada işləmə
  • Liderlik qabiliyyətləri
  • Məsuliyyətlilik
  • Strateji düşüncə
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma
  • Vaxtın idarəedilməsi

Texniki kompetensiyalar

  • Strateji idarəetmə
  • Layihələrin idarə edilməsi üzrə biliklər
  • Makroiqtisadiyyat
  • Maliyyə sektoru üzrə biliklər
  • Təqdimat və yazı bacarıqları

Təcrübə

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi

Təhsil

  • İdarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)

Kompüter bacarıqları

  • MS Office proqramları (yüksək səviyyədə)

Sertifikatlar

  • Beynəlxalq sertifikasiya (PMP, PRINCE2 və/və ya digər sertifikasiya)

Maraqlanan namizədlər Müraciət Et butonunda yerləşən link-ə keçid edərək müraciət edə bilərlər. 

  • Daily19
  • Weekly19
  • Monthly1794