Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 118

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Financial & Insurance Activities , Banking

Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsinin rəisi

Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsinin rəisi

  • Deadline 3 October 2026

Struktur bölmənin adı: Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti

Vəzifənin funksiyaları:

  • Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və investisiya fondlarının idarəçilərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətinin təşkili;
  • Kapital bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak;
  • Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının daxili qaydalarının optimallaşdırılması üzrə təkliflər verilməsi, fond birjasının və klirinq təşkilatının daxili qaydalarına rəy bildirilməsi işinin təşkili;
  • Prudensial normativlərin və tələblərin tətbiqi, habelə lisenziyalaşdırılan şəxslərə, həmçinin Mərkəzi Bankın nəzarət funksiyasını həyata keçirən əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrinə metodoloji dəstəyin göstərilməsi işinin təşkili;
  • Lisenziyalaşdırılan şəxslərdən, habelə beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan sorğuların aidiyyəti üzrə cavablandırılmasının təşkili;
  • Kapital bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərə kapital bazarı sektorunun mövqeyinin qiymətləndirilməsi, lisenziyalaşdırılan şəxslər ilə kommunikasiyanın təşkili;
  • Vəzifə təlimatları və fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanmasını təşkil edir;
  • Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Təhsil

  • İqtisadiyyat/maliyyə yaxud hüquqşünaslıq - Ali təhsil

​​​​​​​Təcrübə

  • Maliyyə və ya iqtisadi  sektorda müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi

​​​​​​​Texniki biliklər 

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
  • Qiymətli kağızlar bazarı haqqında qanun - yüksək səviyyədə
  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun - yüksək səviyyədə
  • Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri - yüksək səviyyədə
  • Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza - yüksək səviyyədə
  • Normativ hüquqi aktlar haqqında Qanun - yüksək səviyyədə
  • İnvestisiya fondları haqqında qanun - yüksək səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri - yüksək səviyyədə
  • Maliyyə hesabatlılığı - yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat - yüksək səviyyədə

Kompüter bacarığı

  • MS Office proqramları - Yüksək səviyyədə

Dil bilikləri

  • Azərbaycan dili - yüksək səviyyədə
  • İngilis dili – yaxşı səviyyədə

Davranış kompetensiyaları

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə

Liderlik kompetensiyaları

  • Dəyişikliklərin idarə edilməsi, təşkilatçılıq və planlaşdırma, qərar qəbuletmə

Əlavə tələblər 

  • GZİT təhlili (SWOT), struktur bölmə üzrə vizyon və tədbirlər planı haqqında təqdimat hazırlamaq

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily39
  • Weekly559
  • Monthly2271