Struktur bölmənin adı: Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti
Vəzifənin funksiyaları:
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və investisiya fondlarının idarəçilərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətinin təşkili;
- Kapital bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak;
- Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının daxili qaydalarının optimallaşdırılması üzrə təkliflər verilməsi, fond birjasının və klirinq təşkilatının daxili qaydalarına rəy bildirilməsi işinin təşkili;
- Prudensial normativlərin və tələblərin tətbiqi, habelə lisenziyalaşdırılan şəxslərə, həmçinin Mərkəzi Bankın nəzarət funksiyasını həyata keçirən əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrinə metodoloji dəstəyin göstərilməsi işinin təşkili;
- Lisenziyalaşdırılan şəxslərdən, habelə beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan sorğuların aidiyyəti üzrə cavablandırılmasının təşkili;
- Kapital bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərə kapital bazarı sektorunun mövqeyinin qiymətləndirilməsi, lisenziyalaşdırılan şəxslər ilə kommunikasiyanın təşkili;
- Vəzifə təlimatları və fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanmasını təşkil edir;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Təhsil
- İqtisadiyyat/maliyyə yaxud hüquqşünaslıq - Ali təhsil
Təcrübə
- Maliyyə və ya iqtisadi sektorda müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi
Texniki biliklər
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
- Qiymətli kağızlar bazarı haqqında qanun - yüksək səviyyədə
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun - yüksək səviyyədə
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri - yüksək səviyyədə
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza - yüksək səviyyədə
- Normativ hüquqi aktlar haqqında Qanun - yüksək səviyyədə
- İnvestisiya fondları haqqında qanun - yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri - yüksək səviyyədə
- Maliyyə hesabatlılığı - yüksək səviyyədə
- Ümumi iqtisadiyyat - yüksək səviyyədə
Kompüter bacarığı
- MS Office proqramları - Yüksək səviyyədə
Dil bilikləri
- Azərbaycan dili - yüksək səviyyədə
- İngilis dili – yaxşı səviyyədə
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə
Liderlik kompetensiyaları
- Dəyişikliklərin idarə edilməsi, təşkilatçılıq və planlaşdırma, qərar qəbuletmə
Əlavə tələblər
- GZİT təhlili (SWOT), struktur bölmə üzrə vizyon və tədbirlər planı haqqında təqdimat hazırlamaq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.