Müəssisə: AZ SƏNAYE BANKI ASC
Tələblər:
- Ali təhsil (İqtisadi və/və ya Texniki);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Əla;
- Bank proqramı biliklər;
- Bank fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericilik və normativ aktlarını bilmək.
- Müvafiq sahədə sertifikatların olması üstünlükdür.
- Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Problemləri həll etmək bacarığı olmalı.
İş haqqında məlumat:
- Şöbənin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər normativ hüquqi aktlarının tələblərinə və Bankdaxili reqlamentlərin tələblərinə uyğun aparılmasını, həmçinin bank sirrinin qorunmasını təmin etmək;
- Şöbənin fəaliyyəti ilə bağlı illik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
- Şöbənin işi ilə əlaqədar treninqlər planı üçün təkliflər hazırlamaq və departament müdirinə, ƏL/TMM üzrə Məsul Şəxsə təqdim etmək;
- Şöbənin fasiləsiz iş rejimini təmin etmək məqsədilə işçilərin bir-birilərini əvəz etmələri üçün vəzifələrini keyfiyyətli şəkildə icra edəcək lazımi savada, bacarığa, peşə təcrübəsinə və yararlılığına malik kadr heyətini Bankın insan resursları siyasətinə uygun qaydada yetişdirmək;
- Üst rəhbəri ilə razılaşdırdıqdan sonra Şöbənin işləri və ya yeniliklər barədə aidiyyatı struktur bölməsi ilə razılaşdırmaqla, digər struktur bölmələri üçün təlimlər keçirmək;
- Qanunvericilik, bankın daxili reqlamentləri ilə müəyyən edilmiş, həmçinin rəhbərlər tərəfindən verilmiş digər vəzifə və səlahiyyətləri icra etmək;
- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” haqqında qanunvericilikdən və bankdaxili qaydalardan irəli gələn vəzifələri yerinə yetirilməsinə nəzarət etmək;
- Bank tərəfindən həyata keçirilən əməliyyatların gündəlik monitorinqinin aparılmasını, cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq Maliyyə Monitorinq Xidmətinə təqdim olunmasını təmin etmək;
- ƏL/TMM sahəsində əməkdaşların yol verdikləri prosedur pozuntuları barəsində rəhbərliyi məlumatlandırmaq;
- ƏL/TMM sahəsində fəaliyyətlə bağlı bank tərəfindən istifadəsinə verilmiş proqram alətlərinin istifadəsini, təkmilləşdirilməsini təmin etmək;
- Bankda ƏL/TMM sahəsi üzrə fəaliyyətin qanunvericiliyə, regulyatorların tələblərinə və beynəlxalq standartlara uyğunluğunu mütəmadi yoxlamaq, inkişaf yönlü təkliflər vermək və qəbul olunmuş təkliflər üzrə işlərin icrasını təmin etmək.
- Mütəmadi olaraq şöbənin fəaliyyət sahəsi ilə bağlı ümumi bank üzrə Risk Qiymətləndirməsini aparmaq, nəticəsi haqda departament müdiri və ƏL/TMM üzrə Məsul şəxslə məlumat və təklifləri təqdim etmək.
- ƏL/TMM sahəsi üzrə strukturlardan daxil olmuş sorğuların cavablandırılmasını təmin etmək.
- Bankda icra olunan əməliyyatlar, müştəri məlumatları, sahəsi üzrə istifadə olunan proqram təminatları və ümumilikdə ƏL/TMM sahəsi üzrə tələblərlə bağlı davamlı monitorinqlər aparmaq.
- ƏL/TMM üzrə Məsul Şəxs tərəfindən təqdim olunmuş şəxslər və əməliyyatlar (Maliyyə Monitorinq orqanı sorğuları və digər ƏL/TMM səbəblərindən) üzrə araşdırmalar aparmaq və məlumatları Məsul Şəxsə təqdim etmək.
- ƏL/TMM sahəsində fəaliyyət üzrə əməkdaşlara ən azı 2 ildə bir dəfə olmaqla təlimlərin keçirilməsini təmin etmək;
- “Xarici hesablar üzrə Vergi Qanunvericiliyinə Əməletmə Aktı (“FATCA”) –nın tələblərini yerinə yetirmək .
- Ümumi Hesabatlılıq Standartının (Common Reporting Standard – CRS) –nın tələblərini yerinə yetirmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Servis xidməti mövcuddur;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Komplayns üzrə şöbə rəhbəri” göstərməyiniz xahiş olunur