Azərbaycan Sənaye Sığorta ASC Azərbaycan Sənaye Sığorta ASC
  • 244

İddiaların tənzimlənməsi üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İddiaların tənzimlənməsi üzrə kiçik mütəxəssis

  • Deadline 12 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Sığorta hadisəsi hesab edilən hallar üzrə məlumatları sistemə daxil etmək və müvafiq işləri icra etmək (yük sığortası istisna olmaqla);
  • Sığorta işi üzrə ödəmə qərarı verildikdən sonra sənədləri toplayaraq Müştəri Xidmətləri şöbəsinə təhvil vermək;
  • İl ərzində həyata keçirilən sığorta ödənişi aktlarının təqibi üzrə cədvəl hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Bütün sığorta növləri üzrə rəhbərliyin tələb etdiyi hesabatların hazırlanmasında və müqayisəli təhlilin aparılmasında iştirak etmək;
  • Hər bir iş üzrə digər şöbələrdən sənədlərin təhvil-təslimini həyata keçirmək, onların yoxlanılması, təqibi, nəzarəti və uçotunu aparmaq;
  • Müvafiq sənədlərin arxivləşdirilməsini təmin etmək;
  • Sənədləri qaydaya salmaq və çatışmazlıqlar aşkar edildikdə onların aradan qaldırılmasını təmin etmək;
  • Ehtiyac yarandıqda hadisə yerinə baxış keçirmək və hadisəni araşdırmaq.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Sığorta qanunvericiliyi üzrə biliklər;
  • Yol hərəkəti qaydalarını bilmək;
  • Analiz və qiymətləndirmə bacarıqları;
  • Kommersiya və sığorta sirrini qoruma bacarığı.

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri, Gümüş Plaza
  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur.
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
  • İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət. 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " İddiaların tənzimlənməsi üzrə kiçik mütəxəssis – 30261 " qeyd etməyiniz xahiş olunur.

  • Daily88
  • Weekly524
  • Monthly1095