Müəssisə: AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1–2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – əla, rus və ingilis dilləri – üstünlükdür;
- Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə əla səviyyədə biliklər;
- CCNA və Microsoft OS üzrə sertifikatlara malik namizədlərə üstünlük veriləcəkdir;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, dürüst və detallara diqqətli olmaq;
- Yüksək ünsiyyət bacarığı, səlis danışıq və müştərilərlə effektiv işləmək qabiliyyəti.
Kompüter bacarıqları və texniki biliklər:
- Şəbəkə strukturlarının işləmə prinsipi;
- Kompüterlərin daxili qurğularının (hardware) işləmə prinsipləri;
- Windows Server 2008 və Windows Server 2012 əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklər;
- VLAN, VPN, DNS, Active Directory (AD), Terminal Services üzrə biliklər;
- İP və analog müşahidə kameraları ilə iş təcrübəsi;
İş haqqında məlumat:
- Daxili serverin işini idarə edən daxili Web serverin və əməliyyat sisteminin təşkilini yerinə yetirmək;
- Daxili serverin təhlükəsizliyini təmin etmək;
- Mövcud qanunvericilik tələbləri baxımından cəmiyyətin mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
- Cəmiyyətin bütün kompyuterlərinin təhlükəsizliyinin təmin olunması;
- PL/ TMM əməliyyatlarına nəzarəti həyata keçirmək;
- İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli;
- Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;
- Telefon şəbəkəsi ilə bağlı texniki problemlərin həllində iştirak etmək;
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Servis xidməti mövcuddur;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Texniki Dəstək üzrə Mütəxəssis (IT Help Desk)” göstərməyiniz xahiş olunur.