A Azərbaycan Sənaye Sığorta ASC
  • 250

İT Texniki dəstək üzrə mütəxəssis (İT Help Desk)

İT Texniki dəstək üzrə mütəxəssis (İT Help Desk)

  • Deadline 8 Avqust 2025

Müəssisə: AZ SƏNAYE SIĞORTA ASC

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1–2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – əla, rus və ingilis dilləri – üstünlükdür;
  • Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə əla səviyyədə biliklər;
  • CCNA və Microsoft OS üzrə sertifikatlara malik namizədlərə üstünlük veriləcəkdir;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, dürüst və detallara diqqətli olmaq;
  • Yüksək ünsiyyət bacarığı, səlis danışıq və müştərilərlə effektiv işləmək qabiliyyəti.

Kompüter bacarıqları və texniki biliklər:

  • Şəbəkə strukturlarının işləmə prinsipi;
  • Kompüterlərin daxili qurğularının (hardware) işləmə prinsipləri;
  • Windows Server 2008 və Windows Server 2012 əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklər;
  • VLAN, VPN, DNS, Active Directory (AD), Terminal Services üzrə biliklər;
  • İP və analog müşahidə kameraları ilə iş təcrübəsi;

İş haqqında məlumat:

  • Daxili serverin işini idarə edən daxili Web serverin və əməliyyat sisteminin təşkilini yerinə yetirmək;
  • Daxili serverin təhlükəsizliyini təmin etmək;
  • Mövcud qanunvericilik tələbləri baxımından cəmiyyətin mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
  • Cəmiyyətin bütün kompyuterlərinin təhlükəsizliyinin təmin olunması;
  • PL/ TMM əməliyyatlarına nəzarəti həyata keçirmək;
  • İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli;
  • Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;
  • Telefon şəbəkəsi ilə bağlı texniki problemlərin həllində iştirak etmək;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Servis xidməti mövcuddur;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Texniki Dəstək üzrə Mütəxəssis (IT Help Desk)” göstərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly251
  • Monthly802