A Azərbaycan Təlim və İnkişaf Mərkəzi
  • 1.4K

Azərbaycan Təlim və İnkişaf Mərkəzi

Professional Services

Əməkhaqqı Hesablanması və Onun Qaydaları üzrə təlim proqramı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əməkhaqqı Hesablanması və Onun Qaydaları üzrə təlim proqramı

  • Истекает 8 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azərbaycan Təlim və İnkişaf Mərkəzi “Əməkhaqqı Hesablanması və Onun  Qaydaları”adlı xüsusi  təlim proqramına qeydiyyatı açıq elan edir.

İnkişaf yolunda bələdçiniz!

PROQRAM MÜNDƏRİCATI

  • Əmək haqqı üzrə ümumi məsələlər: Əməyin ödənilməsi formaları, sistemləri və növləri; Əmək haqqı ilə bağlı anlayışlar; Əmək haqqı hesablaması üzrə ilkin sənədlər; Əmək haqqının hesablanmadığı hallar 
  • Əmək haqqına əlavələrin, mükafatların və digər ödənclərin hesablanması qaydası: Əmək müqaviləsi üzrə əlavələr, əvəzetmələrlə bağlı, qeyri-iş günü işə cəlb olunma, iş vaxtından artıq işə görə ödəmələr; Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi; Mükafatlar, maddi yardım və digər ödəmələr 
  • Əmək məzuniyyəti və orta əmək haqqının saxlandığı halların hesablanması: Əmək məzuniyyətinin hesablanması qaydası və hüquqi aspektləri; Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması; Əmək məzuniyyətindən geri çağırılma ilə bağlı hesablama qaydaları; Orta əmək haqqının hesablanması qaydası və onun tətbiq edildiyi hallar; Təhsil və yaradıcılıq məzuniyyətinə görə əmək haqqının hesablanması 
  • Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması: Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanma qaydası və hüquqi aspektləri; Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin şirkət (sığortaedən) və müvafiq dövlət orqanı tərəfindən (məcburi dövlət sosial sığorta haqları hesabına) ödənilməsi; Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin Elektron Hökumət Portalı vasitəsilə təqdim edilməsi
  • Bəzi məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması: Hamiləliyə və doğuma görə müavinət; Uşağın anadan olmasına görə birdəfəlik müavinət; Uşağa qulluqla əlaqədar müavinət; Dəfn üçün müavinət; Müavinətlərlə bağlı haqq-hesab cədvəlinin Elektron Hökumət Portalı vasitəsilə təqdim edilməsi 
  • Son haqq-hesabın hesablanması: Son haqq-hesab anlayışı və hesablama qaydası; İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablaması; Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 
  • Əmək haqqından tutulmalar və azad olmalar: Əmək haqqından tutulmaların növləri və şərtləri; Fiziki şəxslərin gəlir vergisi, azadolmalar və güzəştlər; Məcburi dövlət sosial sığorta haqqı, tutulma zamanı istisna edilən gəlir növləri; Aliment və icra sənədinə görə tutulmalar
  • Ezamiyyə haqqlarının hesablanması: İşçinin ezamiyyətə göndəriməsinin rəsmiləşdirilməsi; Respublikadaxili ezamiyyənin hesablanması və sənədləşmə; Xarici ölkəyə ezamiyyənin hesablanması və sənədləşmə

Xüsusi hazırlanmış proqramda sizi nələr gözləyir?

  • Əmək haqqının hesablanması ilə bağlı praktiki bilik və bacarıqlar
  • Əmək qanunvericiliyinə uyğun məzuniyyət və ödəniş sistemlərinin izahı
  • Əmək qanunvericiliy üzrə vacib hesablamalar və hüquqi yanaşmalar, 
  • Ezamiyyət, tutulmalar, sosial sığorta və müavinətlərlə bağlı konkret misallar
  • Əmək qabiliyyətinin itirilməsi və digər hallarda hesablamaların düzgün aparılması
  • Son haqq-hesab zamanı tətbiq olunan bütün prosedurlar
  • Elektron sistemlərdən istifadə və hesabatların düzgün tərtibi qaydaları
  • Real iş həyatında tələb olunan praktik biliklərin mənimsənilməsi.

Bu proqram kimlər üçündür?

  • İnsan resursları (HR) sahəsində çalışan və əmək haqqı və ödəniş sistemlərini dərindən öyrənmək istəyən mütəxəssislər
  • Mühasibatlıq sahəsində fəaliyyət göstərən və əmək haqqı, məzuniyyət və tutulmalar üzrə praktiki biliklərini artırmaq istəyən mühasiblər
  • Yeni karyera qurmaq istəyən və ya bu sahəyə yenicə daxil olan gənc mütəxəssislər 
  • Kadr kargüzarlığı və sənədləşmə sahəsində çalışan və əmək hüququ üzrə biliklərini möhkəmləndirmək istəyən şəxslər
  • Özəl və dövlət sektorunda çalışan, real iş proseslərinə uyğun hesablama bacarıqları qazanmaq istəyən əməkdaşlar

ÜSTÜNLÜKLƏRİMİZ

  • İnsan Resursları sahəsində fəaliyyət göstərən şəxslər üçün xüsusi olaraq hazırlanmış təlim proqramıdır. 
  • Bu sahədə olan yeniliklər,innovativ həllər peşəkar mentorlar tərəfindən yüksək səviyyədə xüsusi tədris materialları ilə tədris olunur.
  • Mərhələli şəkildə proqramı öyrənən mütəxəssislər gələcək karyera yolunda düzgün addım ata biləcək və iş həyatının yeniliklərinə daha tez şəkildə adaptasiya ola biləcəklər.                                                                                                                                 

Təlimçi – Mentor: Leyla Əsədullayeva – İsr Plaza Biznes Mərkəzi ( HR MENECER, Payroll Mütəxəssis / Psixoloq, Biznes və Life Kouç)

Korporativ iş  həyatında 20 ildən çox professional təcrübəyə malikdir. Azərbaycan Təlim və İnkişaf Mərkəzinin əsas təlimçi-mentorudur.”Öz HR Brendini Yarat”,HRM, HR BEGİNNER kimi təkmilləşdirmə proqramlarının müəllifidir. Yerli və Beynəlxalq proqramlarda iştirak etmiş və bir sıra nüfuzlu dünyada keçərli sertifikat-təkmilləşdirmə proqramlarını uğurla bitirmişdir.

XÜSUSİ QEYD ; Proqram Azərbaycan Təlim və İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.Artıq 02-03-04-05-ci qrupların qeydiyyatı başlamışdır. BÖYÜK YAY KAMPANİYASI artıq start götürmüşdür. Belə ki,proqramda iştirak 225 azn deyil 125 azn təşkil edir. BÖYÜK YAY KAMPANİYASINDAN yararlanmaq üçün son müraciət tarixi 31.07.2025-ci ildir.Böyük ENDİRİM kampaniyasından yararlanmaq üçün tələsin. Bu sadəcə gələcəyinizə olan böyük yatırımdır!

Proqramın müddəti: 6 həftə  

Tədris yükü: 24 saat 

Tədris forması: Ənənəvi /Canlı

Tədrisin müddəti: Həftədə 2 dəfə hər dərs 2 saat nəzərdə tutulmuşdur.

Tədris dili: Azərbaycan dili 

Yerlər məhduddur! 

Qiymətə daxildir:

  • 12 dərs/təlim
  • Rəsmi  Diplomun təmini
  • Təlim materialları 
  • Çay fasiləsi (Çay, kofe, şirniyyat)
  • Təcrübə (Müxtəlif keyslər, real tapşırıqlar) 

Qeydiyyat üçün müraciət

Əlaqə vasitələri: 051 570 19 29 (zəng və ya whatsapp)     

Sosial media hesabları: atim.edu.az

Rəqəmsal əlaqə vasitələri – [email protected]  [email protected]

Ünvan – BASE BUSİNESS PLAZA – Həsən Abdullayev 19- İçərişəhər metrosuna 10 dəqiqəlik məsafə (2-ci mərtəbə)

  • Daily54
  • Weekly411
  • Monthly960