Azərbaycan Təlim və İnkişaf Mərkəzi “Əməkhaqqı Hesablanması və Onun Qaydaları”adlı xüsusi təlim proqramına qeydiyyatı açıq elan edir.
İnkişaf yolunda bələdçiniz!
PROQRAM MÜNDƏRİCATI
- Əmək haqqı üzrə ümumi məsələlər: Əməyin ödənilməsi formaları, sistemləri və növləri; Əmək haqqı ilə bağlı anlayışlar; Əmək haqqı hesablaması üzrə ilkin sənədlər; Əmək haqqının hesablanmadığı hallar
- Əmək haqqına əlavələrin, mükafatların və digər ödənclərin hesablanması qaydası: Əmək müqaviləsi üzrə əlavələr, əvəzetmələrlə bağlı, qeyri-iş günü işə cəlb olunma, iş vaxtından artıq işə görə ödəmələr; Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi; Mükafatlar, maddi yardım və digər ödəmələr
- Əmək məzuniyyəti və orta əmək haqqının saxlandığı halların hesablanması: Əmək məzuniyyətinin hesablanması qaydası və hüquqi aspektləri; Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması; Əmək məzuniyyətindən geri çağırılma ilə bağlı hesablama qaydaları; Orta əmək haqqının hesablanması qaydası və onun tətbiq edildiyi hallar; Təhsil və yaradıcılıq məzuniyyətinə görə əmək haqqının hesablanması
- Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması: Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanma qaydası və hüquqi aspektləri; Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin şirkət (sığortaedən) və müvafiq dövlət orqanı tərəfindən (məcburi dövlət sosial sığorta haqları hesabına) ödənilməsi; Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin Elektron Hökumət Portalı vasitəsilə təqdim edilməsi
- Bəzi məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması: Hamiləliyə və doğuma görə müavinət; Uşağın anadan olmasına görə birdəfəlik müavinət; Uşağa qulluqla əlaqədar müavinət; Dəfn üçün müavinət; Müavinətlərlə bağlı haqq-hesab cədvəlinin Elektron Hökumət Portalı vasitəsilə təqdim edilməsi
- Son haqq-hesabın hesablanması: Son haqq-hesab anlayışı və hesablama qaydası; İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablaması; Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
- Əmək haqqından tutulmalar və azad olmalar: Əmək haqqından tutulmaların növləri və şərtləri; Fiziki şəxslərin gəlir vergisi, azadolmalar və güzəştlər; Məcburi dövlət sosial sığorta haqqı, tutulma zamanı istisna edilən gəlir növləri; Aliment və icra sənədinə görə tutulmalar
- Ezamiyyə haqqlarının hesablanması: İşçinin ezamiyyətə göndəriməsinin rəsmiləşdirilməsi; Respublikadaxili ezamiyyənin hesablanması və sənədləşmə; Xarici ölkəyə ezamiyyənin hesablanması və sənədləşmə
Xüsusi hazırlanmış proqramda sizi nələr gözləyir?
- Əmək haqqının hesablanması ilə bağlı praktiki bilik və bacarıqlar
- Əmək qanunvericiliyinə uyğun məzuniyyət və ödəniş sistemlərinin izahı
- Əmək qanunvericiliy üzrə vacib hesablamalar və hüquqi yanaşmalar,
- Ezamiyyət, tutulmalar, sosial sığorta və müavinətlərlə bağlı konkret misallar
- Əmək qabiliyyətinin itirilməsi və digər hallarda hesablamaların düzgün aparılması
- Son haqq-hesab zamanı tətbiq olunan bütün prosedurlar
- Elektron sistemlərdən istifadə və hesabatların düzgün tərtibi qaydaları
- Real iş həyatında tələb olunan praktik biliklərin mənimsənilməsi.
Bu proqram kimlər üçündür?
- İnsan resursları (HR) sahəsində çalışan və əmək haqqı və ödəniş sistemlərini dərindən öyrənmək istəyən mütəxəssislər
- Mühasibatlıq sahəsində fəaliyyət göstərən və əmək haqqı, məzuniyyət və tutulmalar üzrə praktiki biliklərini artırmaq istəyən mühasiblər
- Yeni karyera qurmaq istəyən və ya bu sahəyə yenicə daxil olan gənc mütəxəssislər
- Kadr kargüzarlığı və sənədləşmə sahəsində çalışan və əmək hüququ üzrə biliklərini möhkəmləndirmək istəyən şəxslər
- Özəl və dövlət sektorunda çalışan, real iş proseslərinə uyğun hesablama bacarıqları qazanmaq istəyən əməkdaşlar
ÜSTÜNLÜKLƏRİMİZ
- İnsan Resursları sahəsində fəaliyyət göstərən şəxslər üçün xüsusi olaraq hazırlanmış təlim proqramıdır.
- Bu sahədə olan yeniliklər,innovativ həllər peşəkar mentorlar tərəfindən yüksək səviyyədə xüsusi tədris materialları ilə tədris olunur.
- Mərhələli şəkildə proqramı öyrənən mütəxəssislər gələcək karyera yolunda düzgün addım ata biləcək və iş həyatının yeniliklərinə daha tez şəkildə adaptasiya ola biləcəklər.
Təlimçi – Mentor: Leyla Əsədullayeva – İsr Plaza Biznes Mərkəzi ( HR MENECER, Payroll Mütəxəssis / Psixoloq, Biznes və Life Kouç)
Korporativ iş həyatında 20 ildən çox professional təcrübəyə malikdir. Azərbaycan Təlim və İnkişaf Mərkəzinin əsas təlimçi-mentorudur.”Öz HR Brendini Yarat”,HRM, HR BEGİNNER kimi təkmilləşdirmə proqramlarının müəllifidir. Yerli və Beynəlxalq proqramlarda iştirak etmiş və bir sıra nüfuzlu dünyada keçərli sertifikat-təkmilləşdirmə proqramlarını uğurla bitirmişdir.
XÜSUSİ QEYD ; Proqram Azərbaycan Təlim və İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.Artıq 02-03-04-05-ci qrupların qeydiyyatı başlamışdır. BÖYÜK YAY KAMPANİYASI artıq start götürmüşdür. Belə ki,proqramda iştirak 225 azn deyil 125 azn təşkil edir. BÖYÜK YAY KAMPANİYASINDAN yararlanmaq üçün son müraciət tarixi 31.07.2025-ci ildir.Böyük ENDİRİM kampaniyasından yararlanmaq üçün tələsin. Bu sadəcə gələcəyinizə olan böyük yatırımdır!
Proqramın müddəti: 6 həftə
Tədris yükü: 24 saat
Tədris forması: Ənənəvi /Canlı
Tədrisin müddəti: Həftədə 2 dəfə hər dərs 2 saat nəzərdə tutulmuşdur.
Tədris dili: Azərbaycan dili
Yerlər məhduddur!
Qiymətə daxildir:
- 12 dərs/təlim
- Rəsmi Diplomun təmini
- Təlim materialları
- Çay fasiləsi (Çay, kofe, şirniyyat)
- Təcrübə (Müxtəlif keyslər, real tapşırıqlar)
Qeydiyyat üçün müraciət
Əlaqə vasitələri: 051 570 19 29 (zəng və ya whatsapp)
Sosial media hesabları: atim.edu.az
Rəqəmsal əlaqə vasitələri – [email protected] [email protected]
Ünvan – BASE BUSİNESS PLAZA – Həsən Abdullayev 19- İçərişəhər metrosuna 10 dəqiqəlik məsafə (2-ci mərtəbə)