Azərbaycan Universiteti Azərbaycan Universiteti
  • 920

Azərbaycan Universiteti

Təhsil

Karyera və Təcrübə üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Karyera və Təcrübə üzrə mütəxəssis

  • Deadline 10 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur bölməsi: Karyera və Təcrübə mərkəzi

Bilavasitə tabe olduğu şəxs: Karyera inkişafı departamentin Direktoru

ƏMƏK FUNKSİYASI

  • Universitetdə Məzun Platformasını yaratmaq; 
  • Universitetin məzunlarının işlə təmin edilməsinə köməklik göstərmək;
  • Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirmək, CV-lərini hazırlamaq, CV bazası yaratmaq;
  • Vakansiyaları daima izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin  HR menecerləri ilə  görüş təşkil etmək və  onlarla əməkdaşlıq etmək;
  • Universitetdə karyera günlərini təşkil etmək;
  • Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək; 
  • Tələbələr üçün treyninqlər və seminarlar təşkil etmək;  
  • Məzun günlərinin  təşkilinə və keçirilməsinə köməklik göstərmək; 
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın  qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

BİLMƏLİDİR

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini; 
  • CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını; 

MƏSULİYYƏTİ

  • Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə  yetirilməməsinə görə məsuliyyət daşıyır;
  • Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən  məlumatların qorunmamasına görə məsuliyyət daşıyır;

HÜQUQLARI

  • Departamentin işinin təşkili ilə əlaqədar təkliflər vermək;
  • Öz vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrdən lazımi məlumatları (kommersiya sirrini təşkil edən (konfidensial hesab edilən) məlumatlar istisna olmaqla) almaq; 
  • Departamentin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək;
  • Həyatının, sağlamlığının və əməyin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq;
  • İş yeri, vəzifəsi, aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq. 

VƏZİFƏ TƏLƏBLƏRİ

  • Təhsil pilləsi (minimum): Bakalavr
  • İxtisası: Fərq qoyulmur
  • İş təcrübəsi (minimum): 3 (üç) ildən az olmayaraq  əmək stajı
  • Dil bilikləri: Azərbaycan;  rus və  ingilis dili 
  • Kompüter bilikləri: MS ofis proqramları

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR

  • Nizam-intizam
  • Dürüstlük 
  • Məsuliyyət
  • Yenilikçilik
  • Etik davranış
  • Nəticəyönümlülük
  • Peşəkarlıq
  • Dəqiqlik
  • Təşəbbüskarlıq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily123
  • Weekly374
  • Monthly2253