Namizədə tələblər:
- Üzgüçülük sahəsində nəzəri və praktiki biliklər
- Öyrənməyə açıq olmaq və beynəlxalq təcrübəni mənimsəmək istəyi
- Dil bilikləri: Azərbaycan, rus və ingilis (hamısı – əla)
- Təlim keçmə, təqdimat və ünsiyyət bacarıqları
- Komanda ilə işləmə və bilik paylaşımı bacarığı
- Analitik düşüncə və məsuliyyətlilik
Əsas vəzifə öhdəlikləri:
- Xarici mütəxəssisin keçirdiyi təlim və seminarların təşkili, icrası və təlim proseslərində fəal iştirak etmək
- Müasir məşq metodologiyaları, hazırlıq proqramları və performans yanaşmalarını öyrənmək və tətbiq etmək
- Məşqçilərin qiymətləndirilməsi və sertifikasiya prosesində aktiv iştirak etmək
- Sertifikasiya meyarlarının tətbiqi və qiymətləndirmə proseslərinə dəstək vermək
- Tədris materiallarının hazırlanmasına və inkişafına töhfə vermək
- Əldə olunan bilik və təcrübəni yerli məşqçilərə ötürmək və onların inkişafına dəstək olmaq
Biz nə təklif edirik:
- Xarici mütəxəssisdən birbaşa öyrənmək və praktiki təcrübə qazanmaq imkanı
- Sertifikasiya və təlim proseslərinin idarə olunması üzrə real təcrübə
- Beynəlxalq standartlara uyğun bilik və bacarıqların əldə olunması
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
İş şərtləri:
- İş vaxtı: 09:00 – 18:00
- İş rejimi: Full time
Maraqlanan şəxslər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.