“AzerBlast” MMC-nin Sənaye partlayıcı maddələrin istehsalı zavoduna Energetik vəzifəsinə vakansiya elan edilir:
Vəzifə öhdəlikləri:
- Zavodun enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirmək;
- Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
- Elektrik dövriyyəsinin hesablanması;
- Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
- Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
- Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
- Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
- Zavodda işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək;
- Zavodun bütün elektrik təsərüfatına nəzarət;
Namizədə qarşı tələblər:
- Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
- Yaxşı təşkilatçılıq qabiliyyəti,eyni vaxtda çoxsaylı məsələlərin həlli;
- Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
- Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
- Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
Bilməli olduğu qayda və təlimatlar:
- Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
Təhsili: Ali, Texniki - Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; Türk dili – yaxşı
İş yeri Gəncə şəhəri