A AzerBlast MMC
  • 675

AzerBlast MMC

Digər

Energetik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Energetik

  • Deadline 26 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“AzerBlast” MMC-nin Sənaye partlayıcı maddələrin istehsalı zavoduna Energetik vəzifəsinə vakansiya elan edilir:

Vəzifə öhdəlikləri:

  • Zavodun enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının   təmirini vaxtı-vaxtında həyata keçirmək;
  • Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
  • Elektrik dövriyyəsinin hesablanması;
  • Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
  • Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
  • Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
  • Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
  • Zavodda işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək;
  •  Zavodun bütün elektrik təsərüfatına nəzarət;

Namizədə qarşı tələblər:

  • Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
  • Yaxşı təşkilatçılıq qabiliyyəti,eyni vaxtda çoxsaylı məsələlərin həlli;
  • Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının  texnologiyası üzrə biliklər;
  • Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
  • Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;

Bilməli olduğu qayda və təlimatlar:

  •  Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
    Təhsili: Ali, Texniki 
  • Dil bilikləri: Azərbaycan dili  – səlis; İngilis dili – yaxşı; Türk dili – yaxşı

İş yeri Gəncə şəhəri 

  • Daily144
  • Weekly463
  • Monthly1982