İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Milli Mühasibat Uçotun Standartları əsasında uçot siyasətini təşkil etmək;
- Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
- Maliyyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
- Cəmiyyətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək;
- Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
- Cəmiyyətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin etmək;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb İdarə heyətinə təqdim etmək;
- Cəmiyyətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını, müvafiq orqanlara verilməsini və təhlil edərək rəhbərliyə məlumat verilməsini təmin etmək;
- Malların və xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılmasını təmin etmək;
- Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
- Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə İcraçı direktora təkliflər vermək;
- Cəmiyyət üzrə əmlakın və öhdəliklərin inventarizasiyasının aparılmasına dair əmr layihəsi hazırlamaq, inventarizasiyanın müəyyən edilmiş prosedur qaydalara uyğun aparılması üçün inventarizasiya komissiyasının üzvlərinə təlimati izahatlar vermək;
- Pul vəsaitlərin və maddi - əmtəə sərvətlərin əskikiliyinin, qanunsuz istifadənin qarşısını almaq məqsədilə tədbirlərin görülməsini təmin etmək, təklif hazırlayaraq İcraçı direktora təqdim etmək;
- İFRS standartları üzrə hesabatların hazırlanması;
- Beynəlxalq stdandartlarına uyğun hesabatların hazırlanması;
- Xərclərin təhlili və optimallaşdırılması;
- Debitor və Kreditorlarla hesablaşmalar;
- Əmək haqqının hesablanması və ştat cədvəlinin hazırlanması;
- Məhsul dəyərinin kalkulyasiyası, itkilərin uçotu;
- Məzuniyyət , son haqq-hesab, müavinətlərin hesablanması;
- Büdcələmə, əməliyyat büdcəsi, gəlir və xərclərin büdcəsi, pul vəsaitlərin hərəkətləri, proqnoz balansı və büdcənin yerinə yetirilməsinə nəzarət. Sapmaların təhlili.
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, ödənişlərin internet bankçılıq vasitəsi ilə həyata keçirilməs;
Namizədə qarşı tələblər:
- Cəmiyyətin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməli;
- Çox tapşırıq rejimi və məhdud vaxt çərçivəsində işləmək, məsuliyyət və analitik düşüncə bacarığı;
- Cəmiyyətin kommersiya və digər sirləri gizli saxlanılmalı;
Bilməli olduğu qayda və təlimatlar:
- Аzərbаycаn Rеspublikаsının “Mühаsibаt uçоtu hаqqındа qаnunu”nu, Аzərbаycаn Rеspublikаsının “Vergi Məcəlləsi”ni;
- Cəmiyyətin daxili prosedur qaydalarını;
- Sertifikatlara dair tələblər:
- Sertifikat: PMS (Peşəkar Mühasib Sertifikatı) – zəruri
- ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzuolunandır;
- Müvafiq sahədə ali təhsil (Maliyyə, İqtisadiyyat və s. sahələrdə)
- Göstərilən vəzifə üzrə ən azı 5 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili-səlis;
- Rus dili, ingilis dili arzuolunandır;
- Kompüter biliyi: MS Office (Word, Excel) “1C”;
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.