A AzerBlast MMC
  • 1.2K

AzerBlast MMC

Digər

Operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Operator

  • Deadline 26 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“AzerBlast” MMC-nin Sənaye partlayıcı maddələrin istehsalı zavoduna Operator vəzifəsinə vakansiya elan edilir:

Vəzifə öhdəlikləri:

  • İstehsalatda avadanlıqların işinin tənzimlənməsini həyata keçirmək, mütəmadi olaraq istehsal olunan malların keyfiyyət standartlarına uyğun istehsal olunmasına nəzarət etmək;
  • Gündəlik istehsal olunacaq sifarişlərin istehsal prosesini başlatmaq və nəzarət etmək;
  • İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət, dəzgahlarda yaranan texnoloji problemləri dərhal aydınlaşdırmaq, yaranan problemlərin operativ həll edilməsi üçün istehsal mühəndisinə və növbə rəisinə məlumat vermək;
  • İstehsalat zamanı müəyyən edilmiş məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək

Namizədə qarşı tələblər:

  • Orta texniki peşə təhsili ;
  • Partlayıcı maddələr istehsalı sahəsində operator kimi minimum 3 il iş təcrübəsi olmalı;
  • Mexaniki-texniki bilik və bacarıqları olmalı;
  • Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizə üzrə qaydaları bilməli;
  • Komandada işləməyi bacarmalı, müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.
  • Hərbi xidmətdə olmuş

Bilməli olduğu qayda və təlimatlar:

  • ISO 9001(Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001(Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin təhlükəsizliyininidarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatı;
  •  Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatı;
  •  Daxili nizam-intizam qaydalarının tələbini, yanğın təhlükəsizliyi qaydalarını, istehsalat mədəniyyətini və s.
  • Texnoloji təlimatı, hal-hazırda işlədilən norma və digər normaları;
  • Avadanlıqların  yerləşməsi və ondan düzgün istifadə qaydalarını;

Dil bilikləri:

  • Azərbaycan dili-səlis;
  • Rus dili arzuolunandır;
  • Türk dili arzuolunandır;

Kompüter biliyi:

  • MS Office (Word, Excel);

Namizədə qarşı digər tələblər:

  • Cins: kişi
  • Yaş: 25-35

İş vaxtı: 9:00-dan 18:00-dək

İstirahət günləri: şənbə, bazar

İş yeri: Gəncə şəhəri

  • Daily144
  • Weekly463
  • Monthly1982