A AzerBlast MMC
  • 1.2K

SƏTƏM və KİS üzrə menecer

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM və KİS üzrə menecer

  • Deadline 3 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Partlayıcı maddələr zavoduna SƏTƏM və KİS üzrə menecer vəzifəsinə vakansiya elan edilir.

İş yeri: Gəncə şəhəri

CV-lər yalnız azərbaycan dilində göndərilsin.

Vəzifə öhdəlikləri:

  •  İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
  • İstehsalat zədələnmə və xəstəliklərin vəziyyətinin təhlili və onların qarşısını almaq üçün tədbirləri hazırlayıb həyata keçirimək;
  • İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
  • Müvafiq struktur bölmələrinin nümayəndələri ilə birlikdə maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventilyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunu yoxlamaq;
  • Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq; 
  • Zədələnmə və iş yerində xəstəliklərin qarşısını almaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi şəraitinin yaxşılaşdırılması üçün digər struktur bölmələrlə birlikdə fəaliyyət plan və proqramın hazırlanması və həyata keçirimək;
  • Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasını təşkil etmək;
  • İstehsalatda baş vermiş bədbəxt hadisələri araşdırmaq;
  • İşə qəbul olunmuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatı keçirmək;
  • Təxliyə planının hazırlanmasında iştirak etmək və işçiləri məlumatlandırmaq;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
  • İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanmasında, onların vaxtında və düzgün şəkildə tətbiq olunmasında iştirak etmək; Prosesləri, prosedurları, qaydaları müəssisənin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
  • Keyfiyyət idarəetmə sisteminin beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üçün illik plana əsasən audit proqramlarının hazırlanmasında, plana uyğun olaraq daxili qiymətləndirmə üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Keyfiyyət idarəetmə sisteminin Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanmasında və sistemləşdirilməsi işində iştirak etmək;
  • ISO standartları üzrə daxili sənədləşmənin hazırlanması və qeydiyyatı (sistemin təkmilləşdirilməsi) ;
  • İşlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək;

Namizədə dair tələblər:

  • Ali təhsil ;
  • SƏTƏM və KİS üzrə iş təcrübəsi olmalı;
  • İSO 9001:2015, ISO 14001:2015, 45001-2018 və Beynəlxalq standartların tələbləri üzrə lazımı biliklərə və serifikatlara malik olmalı;
  • Tikinti Quraşdırma İşlərində Risklərin idarə olunması üzrə biliklərə malik olmalı;
  • Sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində ən azı 3 ildən az olmayan iş təcrübəsi;
  • Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili, rus dili arzu olunandır.
  • Kompüter bilikləri: Microsoft Office, (xüsusilə əla səviyyədə PowerPoint bilikləri);  Outlook, MS Excel;
  • İş yeri: Gəncə şəhəri
  • Günlük0
  • Həftəlik663
  • Aylıq1589