Azercell Azercell
  • 638

B2B Məhsul və Həllərin İdarə Edilməsi şöbəsinin Mütəxəssisi

B2B Məhsul və Həllərin İdarə Edilməsi şöbəsinin Mütəxəssisi

  • Deadline 11 İyul 2024

Məhsul və Həllərin İdarə Edilməsi və Biznes Strategiyası:

  • Məhsul və Həllərin İdarə edilməsini təmin etmək;
  • Məhsulun konsepsiyasının təyin edib, məhsul yaradılması və inkişaf etdirmə zamanında texniki və digər komandalar ilə sıx əməkdaşlıq etmək
  • Telekommunikasiya sektorunda yaranan tendensiyaları və müştəri ehtiyaclarını müəyyən etmək üçün bazar araşdırmasını aparmaq
  • Şirkətin hədəf və bazar tələbləri ilə uyğunlaşdırılmış dayanıqlı məhsul xəritəsini hazırlamaq
  • Bazara çıxarılma ssenarisini inkişaf etdirmək və məhsul və xidmətlərə dair qiymətləri müəyyən etmək;
  • Yeni məhsulun satışa effektiv çıxarılması üçün bazara çıxış strategiyaları hazırlamaq və bunun üçün marketinq və satış qrupları ilə sıx əməkdaşlıq etmək
  • Xidmət təminatçıları və 3-cü tərəflərlə münasibətdə Müqavilə, NDA (Məxfilik Müqaviləsi), daxili Sifariş və Sazişlərə Əlavələri təmin etmək;
  • Şöbənin strategiyasının inkişafı və həyata keçirilməsi üzrə dəstək göstərmək

Biznes Təhlili:

  • Məhsul, Xidmət və Həllərə dair təhlillər həyata keçirmək;
  • Məhsulun istehlak dövrünə əsaslanaraq təkliflərin texniki-iqtisadi təhlilini aparmaq
  • Şöbə, departament və şirkət daxilində təyin edilmiş hədəf və məqsədlərə nail olmaq üçün işin koordinasiyasını təşkil etmək
  • Bazar araşdırması aparmaq və rəqib şirkətləri təhlil etmək
  • Müştəri Təcrübəsi və NPS (müştəri loyallığı indeksi) nəticələrini təhlil etmək
  • Məhsul, Xidmət və Həlli yolların təhlilini həyata keçirmək
  • Məhsul və xidmətlərlə bağlı 3-cü tərəflərlə əməkdaşlıq etmək

Aksiyaların idarə edilməsi:

  • Müştəriləri əldə saxlamaq və yeni müştərilər qazanmaq məqsədilə aksiyalar təqdim etmək, inkişaf etdirmək, həyata keçirmək və təkrar etmək.

Müştəri Təcrübəsinin İdarə Edilməsi:

  • Məhsul və həllər ilə bağlı daxili və xarici müştərilərin sorğu və şikayətlərini toplamaq və müvafiq dəyişiklikləri həyata keçirmək
  • Müştərilərin biznes tələblərini dərk etmək və cəlbedici təkliflər hazırlamaq.

Tələb olunan Təcrübə, Bilik və Bacarıqlar:

  • Biznes/Marketinq/Strategiya/Maliyyə və oxşar sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Korporativ sahədə 1-3 illik iş təcrübəsi. * Telekom sahəsi üzrə təcrübəyə üstünlük verilir;
  • Telekommunikasiya sektorunda layihənin idarə edilməsində təcrübə arzuolunandır
  • PMP və ya digər müvafiq sertifikat sahiblərinə üstünlük verilir.
  • Güclü analitik və problem həll etmə bacarığı
  • Statistik analiz proqramları, vasitələrindən istifadə etmək təcrübəsi;
  • Təsdiqlənmiş texniki bacarıq və İT və Telco sahəsində ən son trendlər haqqında bilik;
  • MS Excel və MS PowerPoint proqramlarında üstün səviyyədə biliklər, eləcə də MS Word və digər MS Office proqramlarında və onların təkmilləşdirilmiş funksiyaları haqqında biliklər;
  • Azərbaycan, İngilis və Rus dillərində yazılı və şifahi dil bilikləri;

Arzu olunan Bacarıqlar:

  • Biznes təfəkkürü (biznesdən ümumi anlayış, marketinq bilikləri);
  • Rəhbərlik Səriştəsi;
  • Təqdimat/ictimaiyyət qarşısında çıxış etmək bacarığı/emosional intellekt səviyyələri;
  • Danışıqlar aparmaq və ünsiyyət qurmaq bacarığı;
  • Təşəbbüskar, məsuliyyətli, “edə bilərəm” münasibəti göstərən, diqqətli, komandada işləməyi bacaran, yenilikləri öyrənə bilən;
  • Vaxtın düzgün idarə edilməsi və iş tapşırıqlarının prioritetləşdirilməsi bacarığı;

Son müraciət tarixi: 10 İyul 2024

  • Günlük0
  • Həftəlik263
  • Aylıq263