Azercell Azercell
  • 242

BSS & VAS Platforması üzrə Aparıcı Mühəndis / Müştəri Mərkəzli Məhsullar və Xidmətlər Əməliyyat və İdarəetmə bölməsi / İnformasiya Texnologiyaları Departamenti

BSS & VAS Platforması üzrə Aparıcı Mühəndis / Müştəri Mərkəzli Məhsullar və Xidmətlər Əməliyyat və İdarəetmə bölməsi / İnformasiya Texnologiyaları Departamenti

  • Deadline 3 Dekabr 2024

Location: Baku, Azerbaijan

Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.

Azercell Ailəsinə qatılmağa dəvət edirik:

Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər

İş qrafiki:

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir

İş yeri:

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

Əsas Öhdəliklər:

  • Biznesin tələblərinə uyğun servislərin yaradılması və baxımı
  • Problemlərin və xətaların araşdırılması, uyğun həllərin təqdim edilməsi
  • Texniki insident və şikayətlərin araşdırılması
  • Monitorinq və məlumatlandırma tətbiqlərinin daimi inkişaf etdirilməsi
  • Sistemlərdə gələcəyə yönəlik strateji və resurs planlaması
  • Texniki resursların idarə edilməsi, optimallaşdırılması və monitor edilməsi
  • Dokumentasiyaların yazılması və bilik paylaşımı, təqdimatların hazırlanması
  • Mövcud sistemlərin analizi və istəklər əsasında raportlama
  • Linux/Unix sistemlərində problemlərin araşdırılması, mövcud skriptlərin analizi, kodlaşdırılması və optimallaşdırılması
  • Real rejimli sistemlərdə(Charging System) konfiqurasiyaların təyin edilməsi və yoxlanılması
  • Sistem loqlarının analiz edilməsi və antomatlaşdırılması
  • Telekom sistemlərinin arxitekturasının mənimsənilməsi və uyğun həllərin verilməsi

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Təhsil: Kompüter Elmləri və ya Riyaziyyat üzrə ali təhsil üstünlükdür
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (upper intermediate)
  • İş Təcrübəsi: uyğun sahədə min 4 il

Arzu olunan Bacarıqlar:

  • Kompüter elmləri, riyaziyyat və ya informasiya texnologiları sahəsində minimum bakalavr təhsili
  • Uyğun sahədə minimum 4 illik iş təcrübəsi
  • Telekom sahəsində iş təcrübəsi
  • Unix/Linux əməliyyat sistemlərində işləmə bacarığı
  • Skript yazma bacarığı(Python, shell)
  • Real rejimli sistemlərlə işləmə bacarığı
  • SQL/PLSQL -lə işləmə təcrübəsi
  • Alqoritmlər
  • İri həcmli datalarla işləmə bacarığı
  • Protokollarla işləmə bacarığı (Diameter, Rest və s)

Üstünlük kimi nəzərə alınacaq:

  • Araşdırma və analiz etmə bacarıqları
  • Kommunikasiya və təqdimat bacarıqları
  • Komanda ilə birgə işləmə bacarığı

Hiring process:

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • İxtisas Testləri
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

Deadline for applicants:

2nd December 2024 12:00 PM

  • Daily31
  • Weekly266
  • Monthly1943