Azercell Azercell
  • 993

İnfrastruktur Administratoru / İT sistemlərinin idarə edilməsi bölümü / İT Departamenti (Ştatdankənar)

İnfrastruktur Administratoru / İT sistemlərinin idarə edilməsi bölümü / İT Departamenti (Ştatdankənar)

  • Deadline 26 İyul 2024

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər

İş qrafiki: 

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir

İş yeri: 

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

Ümumi Məlumat:

Azercell şirkətində işləmək istəyən ideal namizəd informasiya texnologiyaları, telekommunikasiya sahəsinə xüsusi həvəs göstərən, iş zamanı çıxa biləcək çətinliklərdən çəkinməyən, güclü analitik düşüncə və problem həll etmə bacarığına malik olan, detallara diqqət yetirən, daima öyrənmək və öz bacarıqlarını inkişaf etdirmək istəyən biridir.

Əsas Öhdəliklər:

  • Server, storage, SAN, tape avadanlığının monitorinqi və dəstəyi
  • Linux əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
  • Linux sistemlərində işləyən servislərin quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
  • VMware vSphere, vCenter quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
  • VMware NSX quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
  • Yuxarıda adı çəkilən sistemlərin çalşması, təhlükəsizliyi və əlçatanlığının təmin edilməsi
  • Yuxarıda adı çəkilən sistemlərdə dəyişikliklərin, təkmilləşdirmə və miqrasiya işlərinin planlaşdırılmasının təmin edilməsi
  • Yuxarıda adı çəkilən sistemlər üzrə, lazımi sənədlərin hazırlanması
  • Qeyri-iş saatlarında, lazım olduğu halda, planlaşdırılmış texniki işlərin yerinə yetirilməsində iştirak etmək və dəstək göstərmək.

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

Təhsil:

  • Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi və ya təcrübə

Dil bilikləri: 

  • Azərbaycan dili - əla, ingilis dili - yüksək səviyyədə.

İş Təcrübəsi:

  • Fizik avadanlıq üzrə: Fiziki serverlərinin əməliyyat sistemlərinin yazılması üçün sazlanması. SAN avadanlığı üzərində zoninq olunması. Storage avadanlığından sistemlərə yer ayrılması. Tape avadanlığı barəsində anlayış.
  • Linux əməliyyat sistemləri, xüsusən CentOS və ya Red Hat Enterprise Linux üzrə biliklər
  • Linux üzrə: LVM, ACL, User, Group, Package Management, BIND, SQUID, KVM
  • Avtomatlaşdırma üzrə: Bash scripting, Python, Ansible
  • Virtualizasiya üzrə: VMware vSphere, vCenter yazılması, yeni versiyaların tətbiq edilməsi
  • Ehtiyat nüsxələmə: Tape avadanlığı ilə ehtiyat nüsxələrin çıxarılması və bərpası. Veeam ilə ehtiyat nüsxələrin çıxarılması və bərpası.
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

Son müraciət tarixi: 25 İyul 2024

  • Günlük0
  • Həftəlik263
  • Aylıq263