Azerconnect Data Sphere Azerconnect Data Sphere

Azerconnect Data Sphere

IT

İnşaat Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnşaat Mühəndisi

  • Deadline 15 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Vəzifə öhdəlikləri:

  • Podratçının fəaliyyətlərinin layihənin iş qrafikinə uyğunluğunu təmin etmək;
  • Yerinə yetirilən işlərin təsdiq olunmuş çertyojlara və texniki spesifikasiyalara uyğunluğunu təmin etmək;
  • Podratçılar tərəfindən sahəyə çatdırılan materialları təsdiq edilmiş submittallara uyğun olaraq yoxlamaq və hesabat vermək;
  • Gündəlik görülən işlər, yaranan problemlər, təsdiqlənmiş və ya rədd edilmiş işlər, istifadə olunan əmək resursları və avadanlıqlar barədə ətraflı iş gündəliyi aparmaq, hər mərhələnin sonunda imzalayaraq hesabat təqdim etmək;
  • Tikinti işlərinin icrası və onlarla bağlı məsələlər üzrə podratçı komandasına məsləhət vermək və koordinasiya aparmaq;
  • Qüsurlu işlərin və şübhəli materialların nümunə götürülməsi, sınaqların aparılması və keyfiyyətə nəzarətin təmin edilməsi məqsədilə podratçı komandası ilə koordinasiya etmək;
  • Çertyojlara və texniki tələblərə uyğunluğun təmin edilməsi üçün geodeziya mütəxəssisləri ilə birlikdə xətt və səviyyələrin yoxlanılmasını təşkil etmək;
  • İşlərin yoxlanılması üçün müraciət formalarının (Inspection Request) icrasını həyata keçirmək və status üzrə qeydiyyat aparmaq;
  • Yerində quraşdırmaya uyğun olaraq tamamlanmış işlər üzrə “as-built” çertyojlarının və sənədlərin qeydiyyatını aparmaq;
  • Bina mühəndis sistemləri üzrə istismara vermə (commissioning) fəaliyyətləri haqqında dərin biliklərə malik olmaq (Soyutma, HVAC, PH, Yanğınsöndürmə, Dizel təchizatı sistemləri);
  • ASHRAE, ANSI, NFPA daxil olmaqla müvafiq sənaye standartları, tikinti normaları və təhlükəsizlik standartları üzrə praktiki biliklərə malik olmaq;
  • Layihə spesifikasiyalarını, çertyojları, metod bəyanatlarını (Method Statement) və Keyfiyyətə Nəzarət planlarını/prosedurlarını nəzərdən keçirmək;
  • Görüləcək iş həcmi üzrə Yoxlama və İstismara Vermə Sınaq Planının (Inspection and Commissioning Test Plan) hazırlanması;
  • Layihə üzrə bütün növ sənədlərin qeydiyyat jurnalını və layihəyə məxsus digər keyfiyyətə nəzarət hesabatlarını yaratmaq, yeniləmək və aparmaq;
  • Tələb olunan texniki şərtlərə, yerli standartlara və/və ya müvafiq direktivlərə uyğunluğun və sənədlərin tamlığının yoxlanılması;
  • Yoxlamalara nəzarət etmək və iştirak etmək, hesabatları və sənədləri yoxlamaq, tələb olunan Keyfiyyət Qeydlərini toplamaq və arxivləşdirmək;
  • Məsuliyyət sahəsi daxilində bütün sahə fəaliyyətlərinin istinad sənədlərinə uyğun icra olunmasını təmin etmək və keyfiyyətə nəzarət tamamlandıqdan sonra onların qəbulunu təsdiqləmək;
  • Düzəldici tədbirlərin həyata keçirilməsində əməkdaşlıq etmək, NCR (Uyğunsuzluq Hesabatı), SOR (Qiymət Cədvəli) və s. üzrə işləri icra etmək, verilmiş uyğunsuzluq və hadisə hesabatlarını sistemli şəkildə qeydiyyata almaq və müvafiq düzəldici tədbirləri müəyyən etmək;
  • Keyfiyyətə təsir edən və/və ya işlərin məntiqi gedişinə mane olan halların aradan qaldırılması üçün zərurət yarandıqda işlərin dayandırılmasını təmin etmək;
  • Layihə üzrə yekun təhvil sənədlərini toplamaq və sifarişçinin təsdiqinə təqdim etmək;
  • O&M təlimatları, “as-built” çertyojları və zəmanət sənədlərini əhatə edən layihənin bağlanış (closeout) sənədlərini toplamaq və təqdim etmək;
  • Ölçmə alətləri və onlara aid sertifikatların idarə olunmasını və uyğunluğunu təmin etmək;
  • Yeni planlaşdırılan və ya icrası davam edən layihələr üzrə yoxlamalar aparmaq və “snag list”lər hazırlamaq;
  • Zaman-zaman verilən digər layihə QA/QC öhdəliklərini icra etmək;

Tələb Olunan Bilik Və Bacarıqlar

  • Mexanika mühəndisliyi, sənaye mühəndisliyi və ya inşaat mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi;
  • Tikinti məhsulları, tikinti detalları, eləcə də müvafiq qayda-qanunlar, normativlər və keyfiyyət standartları üzrə dərin biliklər;
  • Elektronika məhsullarının satışı sahəsində bilik və təcrübə;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Dil və kompüter proqramları üzrə biliklər:
  • MS Office proqramları üzrə biliklər;
  • AutoCAD və MS Office paketində işləmək bacarığı;
  • Tikinti məhsulları, tikinti detalları, eləcə də müvafiq qayda-qanunlar, normativlər və keyfiyyət standartları üzrə dərin biliklər;

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily0
  • Weekly493
  • Monthly1280