İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Vəzifə öhdəlikləri:
- Podratçının fəaliyyətlərinin layihənin iş qrafikinə uyğunluğunu təmin etmək;
- Yerinə yetirilən işlərin təsdiq olunmuş çertyojlara və texniki spesifikasiyalara uyğunluğunu təmin etmək;
- Podratçılar tərəfindən sahəyə çatdırılan materialları təsdiq edilmiş submittallara uyğun olaraq yoxlamaq və hesabat vermək;
- Gündəlik görülən işlər, yaranan problemlər, təsdiqlənmiş və ya rədd edilmiş işlər, istifadə olunan əmək resursları və avadanlıqlar barədə ətraflı iş gündəliyi aparmaq, hər mərhələnin sonunda imzalayaraq hesabat təqdim etmək;
- Tikinti işlərinin icrası və onlarla bağlı məsələlər üzrə podratçı komandasına məsləhət vermək və koordinasiya aparmaq;
- Qüsurlu işlərin və şübhəli materialların nümunə götürülməsi, sınaqların aparılması və keyfiyyətə nəzarətin təmin edilməsi məqsədilə podratçı komandası ilə koordinasiya etmək;
- Çertyojlara və texniki tələblərə uyğunluğun təmin edilməsi üçün geodeziya mütəxəssisləri ilə birlikdə xətt və səviyyələrin yoxlanılmasını təşkil etmək;
- İşlərin yoxlanılması üçün müraciət formalarının (Inspection Request) icrasını həyata keçirmək və status üzrə qeydiyyat aparmaq;
- Yerində quraşdırmaya uyğun olaraq tamamlanmış işlər üzrə “as-built” çertyojlarının və sənədlərin qeydiyyatını aparmaq;
- Bina mühəndis sistemləri üzrə istismara vermə (commissioning) fəaliyyətləri haqqında dərin biliklərə malik olmaq (Soyutma, HVAC, PH, Yanğınsöndürmə, Dizel təchizatı sistemləri);
- ASHRAE, ANSI, NFPA daxil olmaqla müvafiq sənaye standartları, tikinti normaları və təhlükəsizlik standartları üzrə praktiki biliklərə malik olmaq;
Tələb Olunan Bilik Və Bacarıqlar
- Mexanika mühəndisliyi və ya hər hansı sənaye mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi;
- Tikinti məhsulları, tikinti detalları, eləcə də müvafiq qayda-qanunlar, normativlər və keyfiyyət standartları üzrə dərin biliklər
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.