Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos) “Quraşdırma, İnteqrasiya və Test Mühəndisi” vakansiyası üzrə işçi qəbulu elan edir!
Vəzifə öhdəlikləri:
- Kosmik aparatın komponent və yarımsistemlərinin elektrik inteqrasiyası və sınaqlarını aparmaq;
- Komponent və yarımsistemlərin dizayn sənədlərini nəzərdən keçirmək və funksionallığını yoxlamaq;
- Kosmik aparatın sınaqları üçün sınaq spesifikasiyalarına əsasən prosedurlar hazırlamaq, nəticələri sənədləşdirmək və hesabatlar tərtib etmək;
- Sınaq mühitini qurmaq və ölçü avadanlıqlarını işlətmək;
- İnteqrasiya və sınaq proseslərində Elektrik Yer Dəstək Avadanlıqları (EGSE) ilə işləmək;
- İnterfeyslərin (RS-422, LVDS, UART, TTL, SPI, CANBUS və s.) elektrik testlərini aparmaq, o cümlədən gərginlik, zamanlama və empedans analizlərini həyata keçirmək;
- Elektrik qoşqu (naqil dəsti) üzrə işləri (krimpləmə, birləşdirmə, konnektor montajı) standartlara və çertyojlara uyğun icra etmə;
- Ətraf mühit sınaqları zamanı kosmik aparat sistemlərinin funksional və performans yoxlamalarını aparmaq;
- Avtomatlaşdırılmış test skriptlərini (C#, Python) hazırlamaq və sazlamaq;
- Layihə komandaları ilə sıx əməkdaşlıq etmək və texniki dəstək göstərmək.
Tələblər:
- Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, Aerokosmik mühəndislik və ya əlaqəli texniki sahə üzrə bakalavr dərəcəsi;
- Elektronikanın əsas anlayışları barədə (gərginlik, cərəyan, müqavimət və əsas dövrə iş prinsipləri) güclü biliklər;
- Sensor və aktuatorların (məsələn, Günəş sensorları, maqnitometrlər, maqnit tork cihazları, reaksiya çarxları) iş prinsipləri haqqında ümumi biliklər
- Seriyalı rabitə protokolları (UART, SPI, CAN bus) və fiziki səviyyə standardları (TTL, RS-232, RS-422/485, LVDS) ilə tanışlıq və onların praktikada təqtbiq olunması bacarığı;
- Mühəndislik layihələrində elektron bloklarla və ya yarımsistemlərlə işləməkdə minimum 1 il təcrübə (sistem inteqrasiyası, AIT və ya aerokosmik/müdafiə layihələrində təcrübə üstünlükdür);
- Laboratoriya avadanlıqlarından (osiloskop, multimetr, enerji mənbələri və s.) istifadə bacarığı;
- Elektrik sxemləri və elektron dizayn alətləri (Proteus, AutoCAD Electrical, KiCad) ilə təcrübə;
- Proqramlaşdırma bacarıqları: C# və Python (test skriptlərinin yazılması);
- MS Office (Word, Excel, PowerPoint, Visio) proqramlarında sərbəst işləmə bacarığı;
- İngilis dilində effektiv ünsiyyət bacarığı (şifahi və yazılı; texniki sənədləşdirmə və təqdimatlar) - B2 və ya daha yüksək səviyyə;
- Təchizatçılar və beynəlxalq tərəfdaşlarla texniki müzakirələr aparmaq bacarığı.
- Layihə fəaliyyətlərini dəstəkləmək üçün uzunmüddətli xarici ezamiyyə və ya səfərlərə hazır olmaq;
- Aerokosmik sistemlər və standartlar üzrə biliklər (üstünlükdür).
Bilik və bacarıqlar:
- Müstəqil və komanda şəklində işləmək bacarığı;
- MS office (Word, Excel, PowerPoint, Visio) proqramlarında işləmək bacarığı;
- Faktlar əsasında qərar qəbul etmək bacarığı;
- Aerokosmik sistemlər haqqında biliklərə üstünlük verilir
Dil bilikləri:
- Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
- İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
Bu meyarlara uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Quraşdırma, İnteqrasiya və Test Mühəndisi” başlığı ilə göndərə bilərlər.
Seçilmiş namizəd texniki və xidmət standartlarına uyğunluğu təmin etmək məqsədilə təlimlərdə iştirak edəcək.