Azercosmos Azercosmos
  • 601

Quraşdırma, İnteqrasiya və Test Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Quraşdırma, İnteqrasiya və Test Mühəndisi

  • Deadline 30 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos) “Quraşdırma, İnteqrasiya və Test Mühəndisi” vakansiyası üzrə işçi qəbulu elan edir!

Vəzifə öhdəlikləri:

  • Kosmik aparatın komponent və yarımsistemlərinin elektrik inteqrasiyası və sınaqlarını aparmaq;
  • Komponent və yarımsistemlərin dizayn sənədlərini nəzərdən keçirmək və funksionallığını yoxlamaq;
  • Kosmik aparatın sınaqları üçün sınaq spesifikasiyalarına əsasən prosedurlar hazırlamaq, nəticələri sənədləşdirmək və hesabatlar tərtib etmək;
  • Sınaq mühitini qurmaq və ölçü avadanlıqlarını işlətmək;
  • İnteqrasiya və sınaq proseslərində Elektrik Yer Dəstək Avadanlıqları (EGSE) ilə işləmək;
  • İnterfeyslərin (RS-422, LVDS, UART, TTL, SPI, CANBUS və s.) elektrik testlərini aparmaq, o cümlədən gərginlik, zamanlama və empedans analizlərini həyata keçirmək;
  • Elektrik qoşqu (naqil dəsti) üzrə işləri (krimpləmə, birləşdirmə, konnektor montajı) standartlara və çertyojlara uyğun icra etmə;
  • Ətraf mühit sınaqları zamanı kosmik aparat sistemlərinin funksional və performans yoxlamalarını aparmaq;
  • Avtomatlaşdırılmış test skriptlərini (C#, Python) hazırlamaq və sazlamaq;
  • Layihə komandaları ilə sıx əməkdaşlıq etmək və texniki dəstək göstərmək.

Tələblər:

  • Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, Aerokosmik mühəndislik və ya əlaqəli texniki sahə üzrə bakalavr dərəcəsi;
  • Elektronikanın əsas anlayışları barədə (gərginlik, cərəyan, müqavimət və əsas dövrə iş prinsipləri) güclü biliklər;
  • Sensor və aktuatorların (məsələn, Günəş sensorları, maqnitometrlər, maqnit tork cihazları, reaksiya çarxları) iş prinsipləri haqqında ümumi biliklər
  • Seriyalı rabitə protokolları (UART, SPI, CAN bus) və fiziki səviyyə standardları (TTL, RS-232, RS-422/485, LVDS) ilə tanışlıq və onların praktikada təqtbiq olunması bacarığı;
  • Mühəndislik layihələrində elektron bloklarla və ya yarımsistemlərlə işləməkdə minimum 1 il təcrübə (sistem inteqrasiyası, AIT və ya aerokosmik/müdafiə layihələrində təcrübə üstünlükdür);
  • Laboratoriya avadanlıqlarından (osiloskop, multimetr, enerji mənbələri və s.) istifadə bacarığı;
  • Elektrik sxemləri və elektron dizayn alətləri (Proteus, AutoCAD Electrical, KiCad) ilə təcrübə;
  • Proqramlaşdırma bacarıqları: C# və Python (test skriptlərinin yazılması);
  • MS Office (Word, Excel, PowerPoint, Visio) proqramlarında sərbəst işləmə bacarığı;
  • İngilis dilində effektiv ünsiyyət bacarığı (şifahi və yazılı; texniki sənədləşdirmə və təqdimatlar) - B2 və ya daha yüksək səviyyə;
  • Təchizatçılar və beynəlxalq tərəfdaşlarla texniki müzakirələr aparmaq bacarığı.
  • Layihə fəaliyyətlərini dəstəkləmək üçün uzunmüddətli xarici ezamiyyə və ya səfərlərə hazır olmaq;
  • Aerokosmik sistemlər və standartlar üzrə biliklər (üstünlükdür).

Bilik və bacarıqlar:

  • Müstəqil və komanda şəklində işləmək bacarığı;
  • MS office (Word, Excel, PowerPoint, Visio) proqramlarında işləmək bacarığı;
  • Faktlar əsasında qərar qəbul etmək bacarığı;
  • Aerokosmik sistemlər haqqında biliklərə üstünlük verilir

Dil bilikləri: 

  • Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində) 
  • İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində) 

Bu meyarlara uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Quraşdırma, İnteqrasiya və Test Mühəndisi” başlığı ilə göndərə bilərlər.

Seçilmiş namizəd texniki və xidmət standartlarına uyğunluğu təmin etmək məqsədilə təlimlərdə iştirak edəcək.

  • Daily0
  • Weekly504
  • Monthly1936