Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos) “Süni intellekt mühəndisi” vakansiyası üzrə işçi qəbulu elan edir
Öhdəliklər:
- Kompüter görməsi və dərin öyrənmə modellərinin hazırlanması
- Elmi tədqiqatların aparılması və elmi ədəbiyyatdan əldə olunan nəticələr əsasında praktiki həllərin yaradılması
- Miqyaslanan data emalı konveyerlərinin yaradılması və inkişafı
- Tədqiqat, avtomatlaşdırma və intellektual tətbiqlər üçün AI agentlərinin və alət əsaslı iş axınlarının dizayn edilməsi və inteqrasiyası
- Təmiz, səmərəli, saxlanılması asan, test edilə bilən və production səviyyəli kodun dizayn edilməsi, qurulması və tətbiq edilməsi
- Bulud və GPU əsaslı infrastrukturdan istifadə edərək maşın öyrənmə modellərinin istifadəyə verilməsi və istismar edilməsi
- İstifadədə olan sistemlərdə maşın öyrənmə modellərinin performansının və effektivliyinin təhlili
- Mövcud modellərin və framework-lərin dəqiqliyinin, dayanıqlılığının və hesablama səmərəliliyinin təkmilləşdirilməsi
- Yüksək keyfiyyətli data dəstlərinin yaradılması və saxlanılması, o cümlədən datanın yoxlanılması, etiketlənməsi, validasiyası və təmizlənməsi
Tələblər:
- Kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat və ya oxşar texniki sahələrdə təhsil
- Yüksək səviyyədə Python proqramlaşdırma biliyi
- İnkişaf etməkdə olan AI texnologiyalarını araşdırmaq, onlar üzrə eksperimentlər aparmaq və tənqidi qiymətləndirmək bacarığı
- Təsvirlərin seqmentasiyası, obyektlərin aşkarlanması, təsvirlərin klassifikasiyası, generativ modelləşdirmə və əlaqəli kompüter görməsi tapşırıqları üzrə dərin öyrənmə metodologiyalarının tətbiqində güclü nəzəri və praktiki biliklər
- Dərin öyrənmə kitabxanaları ilə güclü praktiki bilik və kodlaşdırma təcrübəsi (xüsusilə PyTorch)
- Model təlimi, qiymətləndirilməsi, optimallaşdırılması və xəta analizi üzrə yaxşı anlayış
- Elmi ədəbiyyatda qabaqcıl anlayışları başa düşmək və tətbiq etmək üçün güclü riyazi qabiliyyət
- Modulyar dizayn, test etmə, versiya nəzarəti və clean code prinsipləri daxil olmaqla güclü proqram mühəndisliyi bilikləri
Üstünlük verilən bacarıqlar:
- Peyk təsvirləri, məsafədən müşahidə və ya geoməkan Sİ ilə iş təcrübəsi arzuolunandır
- Amazon AWS, Google Cloud və ya Microsoft Azure kimi bulud əsaslı həllər ilə təcrübə
- Foundation models, Vision-Language Models, multimodal AI və ya generative AI ilə iş təcrübəsi
- AI agentləri, tool calling, RAG və ya agentic workflows ilə tanışlıq
- Docker, MLOps, model serving və ya GPU əsaslı infrastruktur ilə iş təcrübəsi
- GDAL, Rasterio, GeoPandas və ya oxşar geospatial alət və kitabxanalar ilə tanışlıq
Bu meyarlara uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Machine Learning Engineer” başlığı ilə göndərə bilərlər.