Süni intellekt mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Süni intellekt mühəndisi

  • Истекает 25 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos) “Süni intellekt mühəndisi” vakansiyası üzrə işçi qəbulu elan edir

Öhdəliklər:

  • Kompüter görməsi və dərin öyrənmə modellərinin hazırlanması
  • Elmi tədqiqatların aparılması və elmi ədəbiyyatdan əldə olunan nəticələr əsasında praktiki həllərin yaradılması
  • Miqyaslanan data emalı konveyerlərinin yaradılması və inkişafı
  • Tədqiqat, avtomatlaşdırma və intellektual tətbiqlər üçün AI agentlərinin və alət əsaslı iş axınlarının dizayn edilməsi və inteqrasiyası
  • Təmiz, səmərəli, saxlanılması asan, test edilə bilən və production səviyyəli kodun dizayn edilməsi, qurulması və tətbiq edilməsi
  • Bulud və GPU əsaslı infrastrukturdan istifadə edərək maşın öyrənmə modellərinin istifadəyə verilməsi və istismar edilməsi
  • İstifadədə olan sistemlərdə maşın öyrənmə modellərinin performansının və effektivliyinin təhlili
  • Mövcud modellərin və framework-lərin dəqiqliyinin, dayanıqlılığının və hesablama səmərəliliyinin təkmilləşdirilməsi
  • Yüksək keyfiyyətli data dəstlərinin yaradılması və saxlanılması, o cümlədən datanın yoxlanılması, etiketlənməsi, validasiyası və təmizlənməsi

Tələblər:

  • Kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat və ya oxşar texniki sahələrdə təhsil
  • Yüksək səviyyədə Python proqramlaşdırma biliyi
  • İnkişaf etməkdə olan AI texnologiyalarını araşdırmaq, onlar üzrə eksperimentlər aparmaq və tənqidi qiymətləndirmək bacarığı
  • Təsvirlərin seqmentasiyası, obyektlərin aşkarlanması, təsvirlərin klassifikasiyası, generativ modelləşdirmə və əlaqəli kompüter görməsi tapşırıqları üzrə dərin öyrənmə metodologiyalarının tətbiqində güclü nəzəri və praktiki biliklər
  • Dərin öyrənmə kitabxanaları ilə güclü praktiki bilik və kodlaşdırma təcrübəsi (xüsusilə PyTorch)
  • Model təlimi, qiymətləndirilməsi, optimallaşdırılması və xəta analizi üzrə yaxşı anlayış
  • Elmi ədəbiyyatda qabaqcıl anlayışları başa düşmək və tətbiq etmək üçün güclü riyazi qabiliyyət
  • Modulyar dizayn, test etmə, versiya nəzarəti və clean code prinsipləri daxil olmaqla güclü proqram mühəndisliyi bilikləri

Üstünlük verilən bacarıqlar:

  • Peyk təsvirləri, məsafədən müşahidə və ya geoməkan Sİ ilə iş təcrübəsi arzuolunandır
  • Amazon AWS, Google Cloud və ya Microsoft Azure kimi bulud əsaslı həllər ilə təcrübə
  • Foundation models, Vision-Language Models, multimodal AI və ya generative AI ilə iş təcrübəsi
  • AI agentləri, tool calling, RAG və ya agentic workflows ilə tanışlıq
  • Docker, MLOps, model serving və ya GPU əsaslı infrastruktur ilə iş təcrübəsi
  • GDAL, Rasterio, GeoPandas və ya oxşar geospatial alət və kitabxanalar ilə tanışlıq

Bu meyarlara uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Machine Learning Engineer” başlığı ilə göndərə bilərlər.

  • Daily0
  • Weekly620
  • Monthly1712