İstehsalat operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsalat operatoru

  • Deadline 25 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Kimya Sənaye Parkı
Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə öhdəlikləri:

  • Şüşə istehsalı prosesinin müxtəlif mərhələlərində (əridilmə, formalaşdırma, kəsim və soyutma) texnoloji avadanlıqların düzgün işləməsini təmin etmək
  • Temperatur, təzyiq, səviyyə və digər parametrləri izləyərək istehsalat prosesinə nəzarət etmək
  • İstehsalat avadanlıqlarının təhlükəsiz və dayanıqlı işləməsini təmin etmək, nasazlıqları vaxtında aşkar edib aidiyyəti üzrə məlumat vermək
  • Texniki sənədlərə uyğun olaraq prosesin gedişatını nəzarətdə saxlamaq
  • İstehsalat normasına və keyfiyyət standartlarına uyğun məhsul istehsalına dəstək vermək

Tələblər:

  • Texniki sahə üzrə orta ixtisas və ya ali təhsil
  • İstehsalat proseslərində (metal, şüşə, kimya və s.) işləmə təcrübəsi arzuolunandır
  • Yaxşı fiziki hazırlıq, isti temperaturda və növbəli iş rejimində işləmək imkanı
  • Diqqətli və məsuliyyətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək

Üstünlük verilir:

  • Sumqayıt və ətraf ərazilərdə yaşayanlara
  • İstehsalat təcrübəsi olanlara
  • Ali məktəbi bitirənlərə

İş şəraiti: 

  • Növbəli iş qrafiki;
  • Nahar ödənişi əlavə ödənilir
  • Könüllü tibbi sığorta;
  • Servis;
  • Əmək haqqı: 600-800 AZN

Mövzü yerinə “İstehsalat operatoru” yazıb Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily14
  • Weekly577
  • Monthly2290