İş yeri: Bakı şəhəri
Vəzifə və Öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Kreditor hesablaşmaların aparılması;
- Kreditorlarla üzləşmələrin aparılması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Malların və materialların hərəkəti;
- Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğinin hesablanmasının tərtib edilməsi;
- İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Müxtəliflik prinsiplərinin pozulmaması;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtında və dəqiq həll edilməsi;
- Aylıq mal-material silgisinə nəzarət edilməsi və sənədlərin yoxlanılması;
- Bank əməliyyatlarının icra edilməsi;
Namizəd üçün tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi;
- Excel-də mükəmməl işləmə bacarığı;
- ERP –SAP biliyi arzuolunandır;
- ACCA F2, F3 arzuolunandır;
- İngilis dili üstünlükdür, rus dili arzuolunandır
Xüsusi bacarıqlar:
- Dəqiqlik və detallara diqqət yetirə bilmə bacarığı;
- Müstəqil və komandada işləmək bacarığı;
- Düzgün analiz bacarığı;
- Analitik və tənqidi düşüncə;
İş şəraiti:
- İş qrafiki: 5/7; 08:00-17:00;
- Könüllü tibbi sığorta;
- Nahar;
- Servis;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “mühasib” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur