İş yeri: Azerfloat QSC
Vəzifə və Öhdəlikləri:
- Avadanlıqların etibarlı və təhlükəsiz işləməsi, onların texniki cəhətdən düzgün istismar olunmasını təmin etmək;
- Texniki təmir planına uyğun olaraq avadanlığa texniki baxış qrafiki, onun sınaqdan keçirilməsi, proflaktik təmirini təşkil etmək;
- Avadanlığın təmirə verilməsi üçün normativ materialların işlənilməsini, təmir-istismar ehtiyacları smetasının tərtibini, avadanlığın saz işləməsi üçün lazım olan material və ehtiyat hissələrini almaq üçün sifarişlərin verilməsini təmin etmək;
- Yük qaldıran mexanizmə və təzyiq altında olan avadanlıqlara texniki baxış və onların təhlükəsiz istismarına nəzarət etmək;
- Tam təmirə ehtiyacı olan avadanlıq və obyektin təyin olunmasını və onların təmir növbəliliyini təşkil etmək, iş planına nəzarət etmək və işlərin gedişinin hesabatlarını aparmaq;
- İşlərin gedişinə baxış zamanı qeyd olunan nöqsanların aradan qaldırılmasını təmin etmək məqsədi ilə baş mexaniklə razılaşdıraraq müvafiq tədbirlər görmək;
- Müəssisədə əməyin mühafizəsi işinin təşkil edilməsində, əməyin mühafizəsi üzrə təlimatlara riayət edilməsində, təhlükəsiz və sağlam iş şəraiti yaradılmasında yaxından iştirak etmək;
Tələblər:
- Mexanika və ya əlaqədar sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- İngilis dili arzuolunandır;
- MS Office kompüter proqramlarını bilmək;
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Təzyiq altında işləmə bacarığı
- Yüksək məsuliyyət və intizam
- Müstəqil, operativ və komandada işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
İş şəraiti:
- İş yeri-Sumqayıt;
- İş saatı: 08:00 – 17:00;
- Nahar pulu;
- Servis;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “mühəndis-mexanik” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.