NÖC və Avtomatika üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

NÖC və Avtomatika üzrə mütəxəssis

  • Истекает 19 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə və Öhdəlikləri:   

  • SCADA sistemləri ilə idarə olunan fasiləsiz istehsalat proseslərinin avtomatik idarəetməsinin monitorinqi və yaranan nasazlıqların analitik üsullarla operativ şəkildə aradan qaldırılması. 
  • PLC və sensor-aktuator arasında siqnal əlaqələrinin, rabitə xətlərinin və birləşmə bütövlüyünün yoxlanılması və saxlanılması. 
  • Bütün ölçü və nəzarət cihazlarının (təzyiq, temperatur, axın, səviyyə ötürücüləri, aktuatorlar və s.) zavod standartlarına uyğun olaraq planlı kalibrasiyasının və yoxlanışının aparılması. 
  • Nasaz sensorların və aktuatorların diaqnostikası, yeniləri ilə əvəz edilməsi və istismara verilməsi. 
  • Elektrik sxemlərinin, P&ID-lərin, dövrə diaqramlarının və avtomatika idarəetmə sxemlərinin oxuyaraq anlaması. 
  • Təsdiq olunmuş texniki xidmət qrafikinə uyğun olaraq zavodun müxtəlif bölmələrində avtomatika avadanlıqlarına profilaktik texniki xidmətin və gündəlik yoxlama baxışlarının həyata keçirilməsi.
  • Növbə ərzində yaranan bütün cihazlar və avtomatika ilə bağlı problemlərə vaxtında müdaxilə edilməsi, plansız dayanmaların qarşısının alınması.

Tələblər:

  • Sahə üzrə ali təhsil, 
  • MS office proqramı üzrə biliklər
  • Sahə üzrə sertifikat olması əlavə üstünlükdür;
  • İstehsalat sahəsində 3-5 il iş təcrübəsi;
  • MS Office; 
  • Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);

Xüsusi bacarıqlar:

  • Komandanı idarə etmək bacarığı;
  • Effektiv ünsiyyət qurmaq bacarığı;
  • Düzgün planlama və prioritetləri müəyyən etmə bacarığı;
  • Operativ qərarvermə və məsuliyyətlilik;
  • Problemləri həll etmə bacarığı;
  • Analitik və tənqidi düşünmə bacarığı;
  • Detallara diqqət yetirə bilmək bacarığı;

İş şəraiti

  • İş yeri: Sumqayıt şəhəri;
  • İş qrafiki: növbəli;
  • Sumqayıt və 20 Yanvar dairəsindən servis;
  • Könüllü Tibbi sığorta; 
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən;

Mövzü yerinə “NÖC və Avtomatika üzrə mütəxəssis” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly475
  • Monthly1605