Vəzifə və Öhdəlikləri:
- SCADA sistemləri ilə idarə olunan fasiləsiz istehsalat proseslərinin avtomatik idarəetməsinin monitorinqi və yaranan nasazlıqların analitik üsullarla operativ şəkildə aradan qaldırılması.
- PLC və sensor-aktuator arasında siqnal əlaqələrinin, rabitə xətlərinin və birləşmə bütövlüyünün yoxlanılması və saxlanılması.
- Bütün ölçü və nəzarət cihazlarının (təzyiq, temperatur, axın, səviyyə ötürücüləri, aktuatorlar və s.) zavod standartlarına uyğun olaraq planlı kalibrasiyasının və yoxlanışının aparılması.
- Nasaz sensorların və aktuatorların diaqnostikası, yeniləri ilə əvəz edilməsi və istismara verilməsi.
- Elektrik sxemlərinin, P&ID-lərin, dövrə diaqramlarının və avtomatika idarəetmə sxemlərinin oxuyaraq anlaması.
- Təsdiq olunmuş texniki xidmət qrafikinə uyğun olaraq zavodun müxtəlif bölmələrində avtomatika avadanlıqlarına profilaktik texniki xidmətin və gündəlik yoxlama baxışlarının həyata keçirilməsi.
- Növbə ərzində yaranan bütün cihazlar və avtomatika ilə bağlı problemlərə vaxtında müdaxilə edilməsi, plansız dayanmaların qarşısının alınması.
Tələblər:
- Sahə üzrə ali təhsil,
- MS office proqramı üzrə biliklər
- Sahə üzrə sertifikat olması əlavə üstünlükdür;
- İstehsalat sahəsində 3-5 il iş təcrübəsi;
- MS Office;
- Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
Xüsusi bacarıqlar:
- Komandanı idarə etmək bacarığı;
- Effektiv ünsiyyət qurmaq bacarığı;
- Düzgün planlama və prioritetləri müəyyən etmə bacarığı;
- Operativ qərarvermə və məsuliyyətlilik;
- Problemləri həll etmə bacarığı;
- Analitik və tənqidi düşünmə bacarığı;
- Detallara diqqət yetirə bilmək bacarığı;
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri;
- İş qrafiki: növbəli;
- Sumqayıt və 20 Yanvar dairəsindən servis;
- Könüllü Tibbi sığorta;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən;
Mövzü yerinə “NÖC və Avtomatika üzrə mütəxəssis” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.