Növbətçi-elektrik montyoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Növbətçi-elektrik montyoru

  • Deadline 26 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"AzerFloat" QSC float texnologiyası əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə vərəqə şüşə lövhələr istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur. 

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri:

  • Növbə ərzində zavod ərazisində yerləşən elektrik avadanlıqlarında gündəlik qrafikə uyğun olaraq profilaktik baxım və texniki qulluqların həyata keçirilməsi;
  • Elektrik ölçü avadanlıqları vasitəsi ilə elektrik parametrlərinin ölçülməsi və qüsur haqqında düzgün informasiya vermək bacarığı;
  • Elektrik avadanlıqlarında yaranan nasazlıqların operativ şəkildə aşkar edilməsi və aradan qaldırlması;
  • Elektrik qurğularına növbə ərzində daimi nəzarət və rəhbər şəxslərin (tabeçiliyi olan şəxslərin) tapşırıqlarını yerinə yetirmək;
  • Operativ jurnalların doldurulması və növbə təhvil-təsliminin düzgün aparılması;
  • Qəza hallarının və bədbəxt halların baş verməməsi üçün TTQ,YT və TİQ qaydalarına ciddi riayət etmək;
  • Elektrik avadanlıqlarının fasiləsiz və dayanıqlı işinin təmin edilməsi;

Tələblər:

  • Elektrik mühəndisliyi, elektroenergetika və ya oxşar sahə üzrə ali və ya orta ixtisas təhsili
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Müvafiq ixtisas sertifikatları (məsələn, elektrik təhlükəsizliyi üzrə) arzuolunandır
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Stress altında və növbəli iş rejimində işləmək bacarığı;
  • Operativ qərarvermə və komanda ilə işləmə bacarığı;
  • Yüksək məsuliyyət və intizam;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

İş şəraiti: 

  • İş yeri-Sumqayıt;
  • İş rejimi:  növbəli;
  • Nahar pulu;
  • Servis;
  • Könüllü tibbi sığorta;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “növbətçi elektrik montyoru” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily120
  • Weekly385
  • Monthly2327