Santexnik-çilingər

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Santexnik-çilingər

  • Deadline 4 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri:

Xidmət olunan isitmə sistemlərinə, su təchizatına, kanalizasiya sisteminə, qaz təchizatına, soyutma sisteminə, sıxılmış hava və azot xətlərinə, dizel yanacaq sisteminə, sanitar qovşaqları və hamam otaqlarına nəzarət, onların saz vəziyyətdə olmasını və vaxtında keyfiyyət təmirini və ya yenilənməsini təmin etməli;

  • İsitmə sisteminin, sanitar texniki sistemlərinin, su təchizatı, kanalizasiya sisteminin, su boruları, eləcə də bütün boru kommunikasiyaların, onların mürəkkəb detallarının, qovşaqlarıının sökülməsi və yığılmasını həyata keçirməli;
  • Müəssisənin nasaz olan və ya sıradan çıxmış boru xətlərinin vaxtında və keyfiyyətli şəkildə təmirini həyata keçirməli;
  • Təmirdən sonra texniki sistemlərin və fitinqlərin sınağını həyata keçirməli;
  • Texnoloji avadanlıqların (toprollerlər, soyuducular, itələyicilər və kameralar) yuyularaq təmizlənməsini həyata keçirməli;
  • Yanğındansöndürmə stansiyasında nasoslara və su çənlərinə nəzarət etməli;
  • Tərkib hissəsində mikserə gedən suyun temparaturuna və təzyiqinə nəzarət etməli və ehtiyac yaranarsa tənzimləmə işlərini həyata keçirməli;
  • Müəssisənin bütün kommunikasiya xətlərinin nasazlıqlarının aradan qaldırılması üçün tələb olunan mal və materialların alınması üçün bölmə rəhbərini vaxtında məlumatlandırmalı;
  • Gündəlik texniki yoxlama vərəqində qeydlərini apararaq bölmə rəhbərinə təhvil verməli;

Bilməlidir:

  • Avadanlıqların, bina və qurğularının texniki xüsusiyyətlərini, iş rejimlərini, istismar qaydalarını;
  • Kəsici və deşici alətlər və qaldırıcı qurğulardan istifadə bacarığı;
  • Quraşdırma və montaj etmə bacarığı;
  • Şirkətin məhsullarının istehsal texnologiyasının əsaslarını

Tələblər:

  • Müvafiq sahə üzrə peşə təhsili;
  • Tələb olunan vəzifə üzrə istehsalatda minimum 1-3 il iş təcrübəsi;
  • Fiziki və əl əməyindən istifadə də dözümlülük;
  • Müstəqil və komanda da işləmək bacarığı;
  • Problemlərə çevik yanaşma və detallara uzunmüddətli fokuslanmaq bacarığı;
  • Effektiv işləmə, öyrənmək və yeniliyə açıq olmaq

İş şəraiti: 

  • İş qrafiki: 5 günlük iş qrafiki;
  • Tibbi sığorta;
  • Servis xidməti;
  • Nahar;
  • Əmək haqqı: 700 AZN

Mövzü yerinə “santexnik-çilingər” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019