Soyutma sistemləri üzrə operator

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Soyutma sistemləri üzrə operator

  • Deadline 4 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri: 

  • Boru xətlərinə, qradirninin elementlərinə, hovuza vizual baxışdan keçirməklə nəzarət etmək;
  • Nasos və ventilyator aqreqatlarının, elektrik mühərriklərinin işləməsinə sistematik nəzarət etmək;
  • Prosesin kompüter ilə avtomatik idarəedilməsi sisteminə nəzarət etmək;
  • Texnoloji rejim normalarına avtomatik kompüterin monitorundan və yerli cihazlarla yerində nəzarət etmək;
  • Aqreqatların müəyyən işləmə saatından sonra avtomatik keçirilmə proqramına nəzarət etmək;
  • Təzyiq, səviyyə və temperatur nəzarət-ölçü cihazlarının işləməsini və məlumatın kompüter nəzarət sisteminə ötürülməsini yoxlamaq;
  • Tənzimləyici klapanların və nəzarət klapanlarının işinə sistematik nəzarət etmək;
  • Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə üzrə qaydalara bələd olmaq

Namizəd üçün tələblər:

  • Texniki sahə üzrə Ali təhsil (Energetika ixtisaslılara üstünlük veriləcək)
  • Sahə üzrə sertifikat olması əlavə üstünlükdür
  • Sahə üzrə 1-3 il iş təcrübəsi
  • Ümumi Kompüter bilikləri, Microsoft Office.
  • Azərbaycan dili - əla səviyyədə, İngilis və Rus dilləri arzuolunandır
  • Məsuliyyət və dəqiqlik; 
  • Analiz etmə və operativ qərar vermə qabiliyyəti;
  • Detallara fikir vermə bacarığı

İş şəraiti: 

  • İş qrafiki: növbəli;
  • Nahar ilə təmin olunur;
  • Tibbi sığorta;
  • Servis xidməti;
  • Əmək haqqı: 600 AZN

Mövzü yerinə “soyutma sistemləri üzrə operator” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019