Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
- Su soyutma sistemlərinin (soyutma qüllələri, nasoslar, kollektorlar, boru xətləri) normal rejimdə istismarına nəzarət etmək.
- Dövriyyə suyun temperaturu, təzyiqi, səviyyəsi və sərfiyyatına nəzarət aparmaq.
- Nasos aqreqatlarının, elektrik mühərriklərinin və mexaniki hissələrin iş rejimini izləmək.
- Ölçü cihazlarından və sahə avadanlıqlarından daxil olan siqnalları izləmək və təhlil etmək.
- Alarm və qəza siqnalları zamanı ilkin tədbirləri görmək və məsul şəxslərə məlumat vermək.
- Su sızmaları, vibrasiya, qeyri-normal səs və temperatur artımı kimi hallar üzrə operativ reaksiya vermək.
- Müəyyən edilmiş qrafik üzrə texniki baxış və texniki qulluq işlərinin icrasını təşkil etmək.
- Avadanlıqların iş rejimi ilə bağlı növbə jurnallarını və əməliyyat qeydlərini aparmaq.
- Təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi tələblərinə ciddi əməl etmək.
Tələblər:
- Orta ixtisas və ya ali texniki təhsil (mexanika, energetika, istilik energetikası, sənaye sistemləri üzrə);
- İstehsalat sahəsində 1-3 il iş təcrübəsi;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komanda ilə işləmə bacarığı;
- Növbəli iş rejiminə uyğunlaşmaq;
- Operativ qərar vermək bacarığı;
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri;
- İş qrafiki: növbəli;
- Nahar pulu;
- Sumqayıt və 20 Yanvar dairəsindən servis;
- Könüllü Tibbi sığorta;
- Əmək haqqı: 600 AZN (net);
Mövzü yerinə “Soyutma sistemləri üzrə operator” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.