Soyutma sistemləri üzrə operator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Soyutma sistemləri üzrə operator

  • Истекает 20 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri:   

  • Su soyutma sistemlərinin (soyutma qüllələri, nasoslar, kollektorlar, boru xətləri) normal rejimdə istismarına nəzarət etmək.
  • Dövriyyə suyun temperaturu, təzyiqi, səviyyəsi və sərfiyyatına nəzarət aparmaq.
  • Nasos aqreqatlarının, elektrik mühərriklərinin və mexaniki hissələrin iş rejimini izləmək.
  • Ölçü cihazlarından və sahə avadanlıqlarından daxil olan siqnalları izləmək və təhlil etmək.
  • Alarm və qəza siqnalları zamanı ilkin tədbirləri görmək və məsul şəxslərə məlumat vermək.
  • Su sızmaları, vibrasiya, qeyri-normal səs və temperatur artımı kimi hallar üzrə operativ reaksiya vermək.
  • Müəyyən edilmiş qrafik üzrə texniki baxış və texniki qulluq işlərinin icrasını təşkil etmək.
  • Avadanlıqların iş rejimi ilə bağlı növbə jurnallarını və əməliyyat qeydlərini aparmaq.
  • Təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi tələblərinə ciddi əməl etmək.

 Tələblər:

  • Orta ixtisas və ya ali texniki təhsil (mexanika, energetika, istilik energetikası, sənaye sistemləri üzrə);
  • İstehsalat sahəsində 1-3 il iş təcrübəsi;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komanda ilə işləmə bacarığı;
  • Növbəli iş rejiminə uyğunlaşmaq;
  • Operativ qərar vermək bacarığı;

İş şəraiti

  • İş yeri: Sumqayıt şəhəri;
  • İş qrafiki: növbəli;
  • Nahar pulu;
  • Sumqayıt və 20 Yanvar dairəsindən servis;
  • Könüllü Tibbi sığorta; 
  • Əmək haqqı: 600 AZN (net);

Mövzü yerinə “Soyutma sistemləri üzrə operator” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly123
  • Monthly1832