Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
- Növbədəki texniki qulluq və təmir işlərini planlamaq və təşkil etmək.
- Texniki qulluq və təmir üzrə əməkdaşların gündəlik fəaliyyətlərini koordinasiya etmək və tapşırıqları bölüşdürmək.
- Təmir işləri üçün lazım olan materialların, alətlərin və avadanlıqların təmin olunmasını nəzarətdə saxlamaq.
- Texniki problemləri müəyyənləşdirmək və onların tez və effektiv həll olunması üçün tədbirlər görmək.
- Təmir və qulluq işlərinin keyfiyyətini və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq.
- Quraşdırma, texniki qulluq və təmir işlərinin düzgün və təhlükəsiz icra olunmasına nəzarət etmək.
- Avadanlıqların performansını mütəmadi olaraq yoxlamaq və kənarlaşma halında müdaxilə etmək.
- Texniki qulluq və təmir işçilərinin təhlükəsizlik qaydalarına əməl etməsini təmin etmək.
- Texniki qulluq və təmir işlərinin qeydiyyatını aparmaq və işlərə dair hesabatları hazırlamaq.
- Avadanlıqların vəziyyəti, görülmüş işlər və ehtiyat hissələrinin istifadəsi barədə müntəzəm hesabatlar təqdim etmək.
- Mövcud avadanlıqların səmərəli istifadəsini təmin etmək və onların texniki vəziyyətini izləmək.
- Yeni avadanlıqların quraşdırılmasına və mövcud sistemlərin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Tələblər:
- Ali təhsil, (Elektrik və Avtomatika mühəndisliyi üzrə olanlara üstünlük verilir);
- Sahə üzrə sertifikat olması əlavə üstünlükdür;
- İstehsalat sahəsində 3-5 il iş təcrübəsi;
- MS Office;
- Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
Xüsusi bacarıqlar:
- Komandanı idarə etmək bacarığı;
- Effektiv ünsiyyət qurmaq bacarığı;
- Düzgün planlama və prioritetləri müəyyən etmə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Analitik və tənqidi düşünmə bacarığı;
- Detallara diqqət yetirə bilmək bacarığı;
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri;
- İş qrafiki: növbəli;
- Sumqayıt və 20 Yanvar dairəsindən servis;
- Könüllü Tibbi sığorta;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən;
Mövzü yerinə “Texniki qulluq və təmir üzrə növbə rəisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.