Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin şəbəkə inzibatçılığı sahəsində daxili qayda layihələrini hazırlamaqda əsas işin icrası;
- Sistem və şəbəkə sektoruna aid texniki tapşırılqların hazırlanmasında əsas işin icrası;
- Cəmiyyətin idarəetmə proseslərinin təkmilləşdirilməsində, o cümlədən texniki tapşırılqların hazırlanmasında şəbəkə inzibatçılığı məsələləri üzrə iştirak etmək, şəbəkə inzibatçılığı sahələri üzrə texniki tapşırıqları hazırlamaqda əsas işin icrası;
- Cəmiyyətdə elektron informasiya sistemlərinin dayanıqlığına nəzarət üçün tələblərin təhlili və sənədləşdirilməsində, onların maraqlı tərəflə razılaşdırlmasında əsas işin icrası;
- Cəmiyyətin şəbəkə infrastrukturunun yaradılması, təkmilləşdirilməsi, daim aktual saxlanması və dəstəklənməsi üçün tədbirlər görmək əsas işin icrası;
- Firewall (PA/FortiGate/Cisco), L2/L3 switch (Cisco, HP), router üzrə təcrübə;
- Corp. wireless systemləri üzrə təcrübə - UniFi, Cisco, Fortigate;
- Cisco şəbəkə avadanlıqları ilə işləmə bacarığı;
- Şəbəkə təhlükəsizliyi üzrə biliklər;
- LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər;
- Şəbəkə avadanlıqlarının istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübə;
- IP-PBX üzrə dərin biliklər;
- İnformatika, kompüter elmləri, rabitə, telekommunikasiya sahələri və/ya mahiyyətcə yaxın mühəndislik sahələri üzrə ali təhsil;
- CCNP biliklərinin olması;
- Comptia Security biliklərinin olması;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunan səviyyədə tələb olunur;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (İT üzrə təhsil arzuolunandır);
- İT sahəsində ən azı 5 il, onlardan şəbəkə inzibatçısı kimi ən azı 3 il
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.