Vakansiyaya dair tələblər:
- Sistem, şəbəkə və son istifadəçi cihazlarının təhlükəsizliyi üzrə həllərin qurulması, sazlanması və texniki monitorinqi;
- Serverlərin təhlükəsizlik sazlamalarının həyata keçirilməsi;
- CIS, DISA STIG bençmarkları üzrə təhlükəsizlik gücləndirilmələri üzrə bilik və bacarığıa malik olmaq;
- Təhlükəsizlik həllərində ağ və qara siyahılarının hazırlanması, müvafiq icazələrin verilməsini təmin etmək;
- E-Poçt təhlükəsizliyi həllərinin sazlanması və digər texniki işlərinin icrası;
- WAF həllərinin sazlanması və qurulması;
- VPN həllərinin konfiqurasiyası, icazələrin verilməsi və daimi monitorinqi;
- Cəmiyyətin layihələrində kibertəhlükəsizlik tələblərinin formalaşmasında iştirak etmək;
- İnsident və ya digər texniki nasazlıq səbəbindən kibertəhlükəsizlik həllərində dayanmalar, əlçatanlığın pozulması və ya digər neqativ hallar yaşanarsa ani müdaxilə etmək və həllərin işləkliyini təmin etmək (7/24);
- Kibertəhlükəsizlik həllərindən istifadəçilər üçün müvafiq təlimatların yazılması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, ingilis dili orta, texniki və rus dili arzuolunandır;
- Burpsuite, Owasp ZAP və sair avtomatlaşdırılmış təhlükəsizlik testlərinin aparılması , Kali Linux üzrə nüfuzetmə testlərinin keçirilməsi üzrə biliklərin olması;
- Sahə üzrə sertifikatlar arzu olunandır (OSCP,OSEP,PCNSE,FCSS,Comptia Security+ );
- Komanda ruhu, Təşkilatçılıq, Ünsiyyət və təlim keçmə bacarıqları, Şəxsi və peşəkar inkişafa yönümlülük, Analitik düşüncə və Hesabat yazma səriştəsi, Dokumentasiyalar ilə işləmə və hazırlama bacarığı, Araşdırma bacarığı, Məsuliyyət,
- Əməkdaşlıq, İnnovativlik (öz üzərində çalışma), Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Analiz və problem həll etmə bacarığı, Planlama səriştəlikləri;
- Tələb olunan təhsil və iş təcrübəsi:
- Komputer elmləri, İnformasiya təhlükəsizliyi, Kibertəhlükəsizlik və digər mühəndislik yaxud texniki yönümlü ixtisaslar üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir.
- Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
- Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.