Kibertəhlükəsizlik üzrə aparıcı mütəxəssis / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sektoru

Kibertəhlükəsizlik üzrə aparıcı mütəxəssis / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sektoru

  • Deadline 25 May 2025

Vakansiyaya dair tələblər:

  • Sistem, şəbəkə və son istifadəçi cihazlarının təhlükəsizliyi üzrə həllərin qurulması, sazlanması və texniki monitorinqi;
  • Serverlərin təhlükəsizlik sazlamalarının həyata keçirilməsi;
  • CIS, DISA STIG bençmarkları üzrə təhlükəsizlik gücləndirilmələri üzrə bilik və bacarığıa malik olmaq;
  • Təhlükəsizlik həllərində ağ və qara siyahılarının hazırlanması, müvafiq icazələrin verilməsini təmin etmək;
  • E-Poçt təhlükəsizliyi həllərinin sazlanması və digər texniki işlərinin icrası;
  • WAF həllərinin sazlanması və qurulması;
  • VPN həllərinin konfiqurasiyası, icazələrin verilməsi və daimi monitorinqi;
  • Cəmiyyətin layihələrində kibertəhlükəsizlik tələblərinin formalaşmasında iştirak etmək;
  • İnsident və ya digər texniki nasazlıq səbəbindən kibertəhlükəsizlik həllərində dayanmalar, əlçatanlığın pozulması və ya digər neqativ hallar yaşanarsa ani müdaxilə etmək və həllərin işləkliyini təmin etmək (7/24);
  • Kibertəhlükəsizlik həllərindən istifadəçilər üçün müvafiq təlimatların yazılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, ingilis dili orta, texniki və rus dili arzuolunandır;
  • Burpsuite, Owasp ZAP və sair avtomatlaşdırılmış təhlükəsizlik testlərinin aparılması , Kali Linux üzrə nüfuzetmə testlərinin keçirilməsi üzrə biliklərin olması;
  • Sahə üzrə sertifikatlar arzu olunandır (OSCP,OSEP,PCNSE,FCSS,Comptia Security+ );
  • Komanda ruhu, Təşkilatçılıq, Ünsiyyət və təlim keçmə bacarıqları, Şəxsi və peşəkar inkişafa yönümlülük, Analitik düşüncə və Hesabat yazma səriştəsi, Dokumentasiyalar ilə işləmə və hazırlama bacarığı, Araşdırma bacarığı, Məsuliyyət,
  • Əməkdaşlıq, İnnovativlik (öz üzərində çalışma), Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Analiz və problem həll etmə bacarığı, Planlama səriştəlikləri;
  • Tələb olunan təhsil və iş təcrübəsi:
  • Komputer elmləri, İnformasiya təhlükəsizliyi, Kibertəhlükəsizlik və digər mühəndislik yaxud texniki yönümlü ixtisaslar üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir.
  • Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
  • Əmək haqqı və əlavə imtiyazlar:
  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. 

  • Daily23
  • Weekly707
  • Monthly2606