Əsas vəzifə və öhdəliklər:
- Müxtəlif növ kranla işləmə bacarığı ( Körpülü,özüyeriyən,qülləli,tırtıllı və təkərli kranlar);
- Yazılı,şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək;
- Xidmət edilən kranın və onun mexanizmlərinin quruluşunu və yüklərin yerdəyişmə üsullarını bilmək;
- Zərurət yarandıqda kranda təmir işlərində iştirak etmək və krana texniki xidmət göstərmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis dili – müvafiq sahə üzrə texniki və peşəkar terminologiyanı anlama və istifadə etmə bacarığı; Rus dili – texniki sənədlərin oxunması və başa düşülməsi səviyyəsində arzuolunandır.
- Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik;
- Qülləli kran operatoru sertifikatına və FHN tərəfindən təqdim olunan dərəcə vərəqəsinə malik olmalıdır;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə peşə təhsili;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
İş qrafiki:
- Növbəli iş rejimi
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.