Vakansiyaya dair tələblər:
- ÇİRES-in ümumi fəaliyyətinin təşkilində iştirak etmək və onun işinin əlaqələndirilməsində iştirak etmək;
- ÇİRES rəhbərliyinin göstərişi əsasında hasilat sahəsinin ayrı-ayrı bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaliyyətinin təşkil edilməsi üçün işlərin görülməsinin təmin edilməsində iştirak etmək;
- ÇİRES rəhbərliyi tərəfindən bölmələrə və mütəxəssislərə verilən tapşırıqların icrasını nəzarətdə saxlamaq və vaxtaşırı onu məlumatlandırmaq;
- Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə tələb olunduqda və mütəmadi olaraq ÇİRES rəhbərliyinə hesabat və məlumatlar təqdim etmək;
- ÇİRES rəhbərliyinin rəsmi yazışmalarının operativ və düzgün şəkildə təşkili.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.