Mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru

Mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru

  • Deadline 26 Mart 2025

Əsas vəzifə və öhdəliklər:

  • Zəruri olan arayış və məlumatları hazırlayaraq sektor müdirinə təqdim etmək;
  • Pərakəndə satış üzrə hesabatların hazırlanmasında iştirak etmək;
  • Satışların gündəlik monitorinqi, Cəmiyyətin mağazası və satış sisteminə nəzarət olunmasında iştirak etmək;
  • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq layihələrinin strateji istiqamətinin təyin edilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satışa çıxardığı pərakəndə məhsullar üzrə alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında iştirak etmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq mövcud məhsul qalıqlarına nəzarət edilməsində iştirak etmək;
  • Cəmiyyətin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Cəmiyyət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında iştirak etmək;
  • Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
  • Sektorun layihələr üzrə iş həcmlərinin hazırlanması və müvafiq proseslərdə iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları, bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək;
  • Ezamiyyətlərə açıq biri olmalı.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • Microsoft Office proqramları, SAP proqramında işləmə bacarıqları;
  • Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Nizam-intizam, Təşəbbüskarlıq, Stresə davamlı, Problem həlletmə bacarıqları;
  • Marketinq sahəsində müvafiq sertifikatların olması arzuolunandır;
  • Biznes və maliyyə sahəsi üzrə biliklərə sahib olmalıdır;
  • Bazarda olan tələbatı təhlil etmə, hədəf auditoriyaları müəyyənləşdirmə bacarığına malik olmalıdır;
  • İşgüzar yazışma qaydalarını bilməlidir.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali (Bakalavr: Marketinq, Magistr təhsili (MBA üzrə) arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.
  • Daily100
  • Weekly335
  • Monthly909