Sektor müdiri / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / IT əməliyyatları və layihələrinin koordinasiyası sektoru

Sektor müdiri / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / IT əməliyyatları və layihələrinin koordinasiyası sektoru

  • Deadline 14 Aprel 2025

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin İnformasiya texnologiyaları sahəsində siyasətini, habelə proseduraların və qaydaların hazırlanması;
  • Şöbəyə aid prosedur və təlimatların yazılması, razılaşdırılması və onların icrasına nəzarətin həyata keçirilməsi;
  • Cəmiyyətdə elektron informasiya sistemlərinin dayanıqlığına nəzarət üçün tələblərin təhlili və sənədləşdirilməsi, onların maraqlı tərəflə razılaşdırılması;
  • İnformasiya texnologiyaları layihələrinin icrası və avadanlıq yenilənmələri zamanı müvafiq texniki tapşırılıqların və layihə həcmlərinin tərtib edilməsi;
  • Şöbənin illik büdcəsi və satınalmalar planının şöbə daxili əməkdaşlarla və Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyəti nəticəsində formalaşdırlıması və nəzarətin həyata keçirilməsi;
  • Sifarişlərin verilməsi, şöbədaxili təsdiq edilmiş sənədlərin və iş məlumatlarının arxivlənməsi və dövriyyəsinin təşkili;
  • IT layihələrinin icrası və şöbənin gündəlik fəaliyyəti zamanı podratçılarla uyğun işin təşkilinin həyata keçirilməsi;
  • Şöbənin daxili sənədləşməsinin təşkil edilməsi (Müqavilələr, ödəniş sənədləri və s.)
  • Şöbəyə aid mövcud aktivlərin (avadanlıqların və materialların) idarəedilməsi və təmin edilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə tələb olunur;
  • İTİL V4 üzrə biliklərə malik olması (sertifikatın olması arzuolunandır)
  • Layihələrin idarəedilməsi üzrə təcrübə (sertifikatın olması arzuolunandır)
  • Serverlər, Şəbəkələr və Nəzarət sistemləri üzrə təməl biliklərin olması
  • Kompüter bilikləri: Microsoft Word, Exel, Visio, Power point, Outlook
  • Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (İT üzrə təhsil arzuolunandır);
  • IT sahəsində ən azı 5 il, layihələrin idarəedilməsi üzrə ən azı 3 il

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət Et butonunda yerləşən link vasitəsilə müraciətlərini göndərə bilərlər.

  • Daily3
  • Weekly3
  • Monthly1778