AzerGold CJSC AzerGold CJSC
  • 309

AzerGold CJSC

Emal sənayesi

Sektor müdiri / Maliyyə şöbəsi / Büdcə və planlama sektoru

Sektor müdiri / Maliyyə şöbəsi / Büdcə və planlama sektoru

  • Deadline 3 İyul 2026

Əsas vəzifə öhdəlikləri:

  • Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta və uzunmüddətli proqnozların hazırlanması
  • Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək;
  • Keçmiş maliyyə məlumatları, bazar tendensiyaları və gələcək biznes planları əsasında maliyyə proqnozlarını hazırlamaq
  • Cəmiyyətin dövri büdcə hesabatlarının qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasında iştirak
  • Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi
  • Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması
  • Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti
  • Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi
  • Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək
  • Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, ingilis dili yaxşı, rus dili isə arzuolunandır;
  • Microsoft Office proqramlarında və Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları (İFRS) üzrə biliklər.
  • ACCA (F2-F5; F3-F7) sertifikatları;
  • Analitik təhlil, problem həlletmə və komanda ilə işləmək bacarığı, idarəetmə, əməkdaşlıq, təşəbbüskarlıq.

​​​​​​​Tələb olunan təhsil və iş təcrübəsi:

  • Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya müvafiq sahə üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 , idarəetmə təcrübəsi 3 il;

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly459
  • Monthly459